Feijoa

Feyxoa (lat. Feijoa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinə aid bitki cinsi.

Feyxoa
Elmi təsnifat
Beynəlxalq elmi adı
Цветы Фейхоа
Feyxoa gülü

Meyvə portuqal əsilli braziliyalı botanik Xuan da Silva Feyxonun port. João da Silva Feijó şərəfinə adlandırılmışdır.[1]

Feyxoa meyvəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri, onda suda həll olunan yod birləşmələrinin olmasıdır. Ən çox yod ehtiyatı olan bitkilərdəndir. Bir kiloqram təzə feyxoa meyvəsində 2-dən 10 mq-a qədər yod vardır. Ona görə də, orqanizmdə yod çatışmazlığı nəticəsində baş verən xəstəliklərdə xüsusilə faydalıdır.

Aterosklerozda və qalxanvari vəzinin xəstəliyində feyxoa qəbul etməyin profilaktik və müalicəvi əhəmiyyəti vardır.[2]

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qərbi Paraqvay, Cənubi BraziliyaArgentinada təbii halda bitir. Krım, SoçiBatumidə geniş sahələrdə əkilib becərilir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 6 m olan, həmişəyaşıl, alçaq gövdəli ağac və ya koldur. Budaqları bozumtul-sarı qabıqlıdır. Yarpaqların uzunluğu 4-6 sm olub, üzbəüz düzülüşlü, sadə quruluşlu, səthi qalın-dərivari, formaca ellipsvaridir. Üstdən tünd yaşıl, parlaq, altdan gümüşü-bozumtul tükcüklüdür. Çiçəkləri birevli, iri və tək-tək yerləşir. Uzun saplaqlı, ləçəkləri 4 olub, çəhrayı rəngli və ətirlidir. Kasacığı meyvənin üzərində qalır və tükcüklüdür. Erkəkciyi çoxsaylı, tozcuğu kürəvaridir. Yumurtalığı 4 yuvalı, sütuncuğu yoğunlaşmış və ya saçaqlı ağızcıqlıdır. İyun ayında çiçəkləyir. Meyvəsinin uzunluğu 8 sm-ə çatan, uzunsov ovalvari, turşməzə tamlı, şirəli, xırda toxumlu giləmeyvədir. Oktyabr-noyabr aylarında yetişir.

Rütubətli, zəngin torpaqlarda bitir. İstisevəndir, işıqlı, günəşli ərazilərdə yaxşı inkişaf edir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

AstaraLənkəranda geniş sahədə feyxoa bağları vardır. Tək-tək növlərinə Bakı, Gəncə, Göyçay, Balakəndə və s. bölgələrdə təsadüf edilir.

Meyvəsindən yeyinti sənayesində geniş istifadə olunur.

  1. "feijoa". Merriam-Webster, Incorporated. 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr, 2013.
  2. "Faydalan və sağlam". 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.