Feldşer

Feldşer-laborant

Feldşer (alm. Feldscher‎) — orta tibb təhsili olan həkim köməkçisi.

Feldşer orta tibbi təhsilli mütəxəssisdir, o, diaqnostika keçirmək, sərbəst müalicə təyin etmək və ya həkim-mütəxəssisə pasiyenti yönəltmək hüququna malikdir. Vəzifə borcları və həkim köməyindən uzaqlaşdırılmış yerlərdə işin standartları üzrə sahə terapevtindən və təcili yardım həkimindən prinsipial olaraq fərqlənmir.

Feldşer nə etməlidir?

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda və təcili tibbi yardımın xidmətində postsovet məkanının bəzi ölkələrində həkim özü olmadığı halda Feldşer bunları etməlidir:

  • Ürək ağciyər reanimasiyasını,
  • Avtomatik defibrilyasiyanı,
  • Nəfəs yolunun intubasiyasını,
  • Xarici boyunduruq damarının punksiyasını,
  • Mamalıq yardımı,
  • Qeydiyyatı,
  • EKQ analizi,
  • İlkin diaqnostikanı.