Fennomaniya (fin Fennomania) — Finlandiyanın təhsil almış təbəqəsini isveç dili əvəzinə, fin dilindən istifadə etməsinə, daha sonra dövlət statusu almağa və nəhayət, Finlandiya milli dövlətini yaratmağa çalışan fin milli azadlıq hərəkatı. Hərəkat özünün ən yüksək səviyyəsinə 19-cu əsrin ikinci yarısında, romantik milliyətçiliyin yüksəldiyi dönəmdə çatdı.