Feodareylər

Feodareylər (lat. Phaeodarea) — İbtidailərin Foraminiferida dəstəsinə daxil olan sinifdir.

Feodareylər
"Phaeodaria" from Ernst Haeckel's Kunstformen der Natur, 1904
Phaeodarea
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Feodareylər
Beynəlxalq elmi adı
Phaeodarea

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Daxili skeleti var. Əksər hallarda bədəni kürəşəkillidir. Bədəndən çoxsaylı, qismən anastomozlaşan psevdopodiyalar çıxır. Bir sıra əlamətlərinə görə onlar günəşkimiləri xatırladır, ancaq mərkəzi xitinoid kapsulunun olması ilə fərqlənirlər. Şüalıların əksəriyyətinin bir nüvəsi var, ancaq çoxnüvəli formalar da olur. Sitoplazmada çox vaxt simbiotik yaşıl (zooxlorella) və ya sarı (zooksantella) su bitkiləri olur.[1]

Qidalanmada rolu

[redaktə | mənbəni redaktə et]

Bu simbiontlar şüalıları oksigenlə təmin edir, özləri də qida mənbəyi rolunu oynayırlar.

Qeyri-cinsi yolla ikiyə bölünməklə çoxalır. Şüalıların əksəriyyəti tək yaşayır, ancaq kürəşəkilli və ya kolbasaşəkilli koloniyalar əmələ gətirən formalar da vardır.

Phaeodorea sinfi aşağıdakı dəstələrə bölünür:

  • Phacocestida
  • Phacosphaerida
  • Phacogromida
  • Phacoconchida
  • Phacodendrida

Növlərin ümumi sayı 7–8 minə çatır. İstisnasız olaraq dəniz hövzələrində yaşayır və plankton həyat tərzi keçirirlər. Xəzər dənizinin Bakı buxtasında Cannosphaera haeckelli Grimm növü aşkar edilmişdir.[2]

  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.

Tubulinalar

Leptomiksidlər

Apikompleksa

  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s
  2. Grimm, 1876