Fermatın otağı (film, 2007)

Fermatın otağı - 2007-ci il psixoloji gərilim ispan filmi[1]. Premyerası 7 oktyabr 2007-ci ildə Sitges Fim Festivalında olan film noyabrın 16-da İspaniya miqyasında nümayiş olundu[2][3].

Fermanın otağı
isp. La habitación de Fermat
Janr triller filmi
Distribütor Netflix
İlk baxış tarixi 2007
Müddət 88 dəq.
Ölkə
Dil ispan dili
Rəng rəngli
Çəkiliş yeri Barselona
IMDb ID1016301

Süjet[redaktə | mənbəni redaktə et]

Özünü Fermat kimi təqdim edən kimliyi bilinməyən biri bir neçə riyaziyyatçını ölkənin ən yaxşı riyaziyyatçılarının qatıldığı konfransa dəvət edir. Amma dəvətə qoşulmaq üçün riyazi tapmacanı həll etmək lazımdır. Doğru həll yolunu tapdıqdan sonra hər biri məşhur riyaziyyatçı və ya filosofun adını ləqəb kimi alır, belə ki, onlara əsl adlarınından istifadə qadağandır. Hər birinə "ən böyük müəmma" üzərində işləmək üçün təkbaşına və cib telefonu olmadan müəyyən olunmuş vaxtda müəyyən olunan gəlmək tapşırılır.

Təyin olunmuş vaxtda dörd nəfər çayın sahilində görüşür. Qalua ləqəbli ciddi gənc oğlan, Hilbert ləqəbli qoca kişi, Paskal ləqəbli üzünəinamlı gənc oğlan və Olivia ləqəbli cavan qadın. Qaranlıq çökəndə çayın o biri tərəfindəki maşın faraları yanıb-sönərək işarə verir. Riyaziyyatçılar qayıqla çayı keçib maşına çatdıqda avtomobildə GPS koordinatları və səyahət təlimatları olan PDA tapırlar. Bunlar onları tərk edilmiş anbara yönəldir. İrəlilədikdə köhnə və baxımsız anbardakı arxa otaqda kitablarla dolu zərif salon və beş nəfərlik böyük yemək masası tapırlar.

Yaşlı bir kişi içəri girir və özünü Fermat kimi təqdim edir. Onlar tanış olurlar və akademiya, riyaziyyat və tapmacalar haqqında danışıb müzakirə aparırlar. Nahardan sonra Fermat yaxınlıqdakı xəstəxanada komada olan qızı haqqında telefon zəngi alır. Siqnal zəifdir və Fermat zəngin mənasını aydın başa düşmür. Bunun pis xəbər ola biləcəyini düşünərək tələsik halda oranı tərk edir və paltosunu unudur. Fermatın pul qabı səhvən cibindən düşür. Paskal onu götürür və bir qızın şəklini görür.

Cib komputeri bir dəqiqəlik vaxt məhdudiyyəti ilə riyazi tapmacanı göstərir. Hilbert, Qalua və Olivia problemin üzərində işləyirlər, amma vaxtı aşırlar. Paskal bunu köhnə sual adlandırır və asanlıqla həll edir. Müddət keçirdikdə divarlar hərəkət edərək irəli gəlir. Paskal dörd sənaye pressinin alış qəbzini tapır. Qrup anlayır ki, preslər hər dəfə vaxt limitinə qədər tapmacanı həll edə bilmədikdə otağı sıxmaq üçün istifadə olunur[4]. Qapı bağlıdır və çıxış yoxdur. Cib komputeri vaxtaşırı olaraq təzə tapmacalar göstərir. Riyaziyyatçılar tapmacaları həll etməyə çalışarkən Olivia ilə Qaluanın romantik tarixçəsi olduğu və Olivianın Hilbertlə ona xəyanət etdiyi üzə çıxır.

Onlar hərkət edən divarları saxlamaq üçün mebellərdən istifadə etmək istəyirlər, amma mebellər hərəkət edən divarlar qarşısında duruş gətirə bilmir və divarlar hərəkər etdikcə sınırlar. Paskal şəkildəki qızı avtomobil qəzasında çox ciddi şəkildə yaraladığı qız olduğunu deyir. O, düşünür ki, Femat onu qısas almaq üçün öldürmək istəyir, qalanları isə sadəcə bu oyunun girov qurbanlarıdır. Ancaq onlar Fermat olduğunu düşündükləri şəxsə də onlardan fərqli formada yazılmış dəvətnaməni tapdıqları zaman onun Fermat olmadığını anlayırlar. O, sadəcə başqa bir qurban idi. Riyaziyyatçılar düşünüb ortaq məxrəcə gəlirlər ki, əgər bu həqiqətən qisas planıdırsa, ondan qisas almaq istəyən adam bunu görmək istərdi. Kameralar və izləmə nöqtələri olmadığına görə onları öldürmək istəyən şəxs elə bu otaqda onlarla birlikdə olmalıdır.

Daha əvvəl Qoldbaxnın teroremini sübut etdiyi iddiası ilə mətbuatın diqqətini çəkən Qalau Olivianı geri qazanmaq üçün yalan danışdığını etiraf edir. Onun təqdimatının ictimailəşdirilmiş təxribatı uğursuzluğunu və yalanını gizlətmək üçün elə Qalaunun öz oyunu imiş. Hilbert bütün peşəkar həyatını Qoldbaxın fərziyyəsini sübut etməyə sərf etdiyini və Qaluanın onu daha əvvəl sübuta yetirməsini dəlicəsinə qısqandığını boynuna alır və etiraf edir ki, qisas almaq üçün hamını buraya yığan odur. Hilbert hətta Fermatı aşkar edilməyən zəhərli qaz buraxan maddə ilə öldürdüyünü də boynuna alır.

Hilbert Qoldbax teoremini ispat etməyə nail olduğunu açıqlayır. O, Qaluaya bir qovluq verir. Qalua Hilbertin sübutunun çox ağıllıca olduğunu qəbul edir. Getdikcə yaxınlaşan sondan bezdən Qalua əsəbləşir və Hilberti yumruqla vurur, Hilbert huşunu itirir. Paskal anlayır ki, əsl Olivia, Qalua, Fermat və Paskalın hər biri bu adlardan istifdə edən qonaqların indiki yaşında ölüblər. Amma əsl Hilbert 81 yaşında, yəni huşsuz Hilbertdən xeyli yaşlı ölüb. Onlar belə nəticəyə gəlirlər ki, Hilbertin bir qaçış planı var və o, onlarla birlikdə ölmək niyyətində olmayıb. Üçü qırılabilən divar panelini tapır və Hilbertin sübut qovluğunu da yanlarında götürərək xilas olurlar.

Onlar maşınlarına qayıdanda Qalua Hilbertin həllini çap etdirmək məsələsində mühabisə edir: Həlli Hilbertin adı altında çap etdirmək Hilbertin qazanması qəbul edərkən, öz adına çıxarması etik olmamaqla bərabər bütün peşəyönümlü problemlərini həll edərdi. Amma Paskal qovluğu alır və çaya tullayır və deyir ki, sübut olsa da, olmasa da dünya hələ də eynidir.

Aktyor heyəti[redaktə | mənbəni redaktə et]

  • Alejo Sauras - Qalau
  • Elena Ballesteros - Olivia
  • Luis Homar - Hilbert
  • Santi Millan - Paskal
  • Federiko Luppi - Fermat

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.rottentomatoes.com - Fermat's room. İstifadə tarixi: 09.08.2023
  2. "El cine español pisa fuerte en Sitges con 'La habitación de Fermat' y 'El rey de la montaña'" (ispanca). Barselona: El Mundo. 8 oktyabr 2007. İstifadə tarixi:23.07.2023
  3. "La película española 'Rec' triunfa en el Festival de Cine de Oporto" (ispanca). İstifadə tarixi:23.07.2023
  4. https://www.imdb.com - La habitación de Fermat. İstifadə tarixi: 29.08.2023