Ferro meridianı —Kanar adaları arxipelaqındakı El Hierro (əvvəlki Ferro) adasından keçən taxrixi başlanğıc meridian. El Hierro adasının ikinci adı Isla del Meridiano –dur (Meridian adası).
Bax: El Hierro adası
Ada Avropa tarixində başlanğıc meridian kimi tanınmışdır. İlk dəfə olaraq 150-cü ildə Ptolomey xəritə tərtib edərkən həmin dövrdə bəlli olan ən ucqar qərb nöqtəsini kimi başlanğıc meridian olaraq istifadə etmişdir. Xətitədə yalnız şərq uzunluğundan istifadə etmişdir. Enlik isə ekvatora nisbətdə hesablanırdı. 1634-cü ildə fransa kralı XIII Luis və dövlət xadim Kardinal Rişelye Arman-Jan dyu Plessi de Rişelye Ferro adasının meridianını xəritədə istinad nöqtəsi kimi istifadə olunması fikrini irəli sürürlər. Çünki həmin dövrə qədər Köhnə dünyaya bəlli olan ucqar qərb nöqtəsi həmin ada sayılırdı. Qitənin ən ucqar qərb quru nöqtəsi olan Flores adası XV əsrdə Azor adaları kəşf olunmayana qədər avropalılar üçün naməlum idi. Bu səbəbdən həmin ada Köhnə dünya daxil edilmir. Başlanğıc Paris meridianından düz 20 dərəcə qərbdə zənn edilirdi, əsl həqiqətdə Ferro adasının dəqiq mövqeyi hesablanmamışdı. Köhnə xəritələr adətən (Anglo-America istisna) başda Paris dərəcəsi, aşağıda isə 20 dərəcə yerini vermiş Ferro dərəcəsindən ibarət ümumu tor çəkilirdi. 1724-cü ildə fransız mütəfəkkiri Louis Éconches Feuillée bu problem üzərində işləmişdir.
Daha sonralar örənildi ki, El Hierro (Ferro) adası əslində Parisdən 20° 23' 9" qərb uzunluğunda yerləşir. Lakin Ferro meridianı hələ də 20 dərəcə qərbdən hesablanırdı. 1890-cı ildə alman mütəfəkkiri Carl Theodor Albrechtın Avropanın coğrafi uzunluq nizamlamalarına əsasən Ferro meridianı Qrinviç meridianından 17° 39' 46.02" qərbdə yerləşir. Lakin 1920-ci ildə Avstriya, Almaniya və keçmiş Çexslovakiyanın geodezik şəbəkəsinə görə bu göstərici 17° 40' 00" olmuşdur və məlum olmuşdur ki, Berlin əsas coğrafi uzunluq mərkəzinin (Raunberg abidəsi) 13.39" saniyə səhv hesablanmışdır. Macarıstan və Yuqoslaviya üçün hesabladığı geodezik şəbəkə gələcəkdə Qrinviç meridianın başlanğıc meradianı kimi seçilməsinə təkan oldu.[1]