Klavdi Ptolemey (yun. Κλαύδιος Πτολεμαῖος lat. Claudius Ptolomaeus; təq. 100[1][2][…], güm. Ptolemey Hermi[d], Roma Misiri[d], Roma imperiyası[4] – təq. 170[3][2][…], güm. İsgəndəriyyə, Roma Misiri[d], Roma imperiyası[5]) və ya Bətləmius (az.-əski. بطلمیوس) — antik yunan riyaziyyatçısı, coğrafiyaçısı, astronomu, astroloqu və filosofu. Klavdi Ptolemeyin adı öz dövründə yaşamış tarixçilərin əsərlərində çəkilmir. Onu çox vaxt Ptolemey şahlarının sülaləsinə aid edirlər. Bu isə müasir tarixçilər tərəfindən yanlış hesab edilir.
Ptolemey | |
---|---|
q.yun. Κλαύδιος Πτολεμαῖος | |
Doğum adı | Κλαύδιος Πτολεμαῖος |
Doğum tarixi | təq. 100[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | təq. 170[3][2][…] |
Vəfat yeri |
|
Elm sahələri | astronomiya, astrologiya, riyaziyyat, mexanika, optika, coğrafiya, musiqi nəzəriyyəçisi[d], Musiqi nəzəriyyəsi |
İş yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Ptolemey təxminən 90–100-cü illərdə eramızın 2-ci əsrində Misirin Hermi şəhərində anadan olmuşdur, 160–175-ci illərdə İsgəndəriyyədə vəfat etmişdir. Ptolemey dövrünün ən görkəmli şəxslərindən olmuşdur. Məlumdur ki, Ptolomey Klavdi ömrünün çox hissəsini İsgəndəriyyədə keçirmiş, burada astronomik müşahidələr aparmışdır. Əsərləri astronomiyanın, coğrafiyanın və optikanın inkişafına böyük təsir göstərmişdir. Ən mühüm əsəri 13 kitabdan ibarət "Almagest"dir (Böyük Toplu). Birinci kitabda düzxətli və sferik triqonometriya, bir də Ptolomey teoremi şərh edilmişdir. Əsər bu sahədə bizə gəlib çatan ən qədim yunan mənbəi olub N. Kopernikin "Göy cisimlərinin fırlanması haqqında" əsərinədək bütün astronomik biliklərin şərhinə aid əvəz edilməz mənbə idi. Dənizçilikdə və coğrafi koordinatların təyinində Ptolomey Klavdi daha böyük rolu olmuşdur. O, ədədinin təqribi qiymətini hesablamış, sinuslar cədvəlini tərtib etmişdir. Bu, uzun müddət üçbucağa aid məsələlərin həllində yeganə mənbə idi.
Astronomiyanın tarixində uzun illər Hipparxdan Biruniyə qədər olan bir dövrdə onun tayı-bərabəri olmamışdır. O fərziyyələrə görə 127–151-ci illər arasında İsgəndəriyyədə çalışmış, orada astronomik müşahidələr aparmışdır.
Onun "Əl-Məcisti" kitabında qədim dövrün bütün astronomik bilikləri toplanmışdır. Bu kitabın həqiqi adı "Astronomiyanın böyük riyazi düzəni"dir. "Əl-Məcisti" isə ona verilmiş ərəb adıdır. Orta yüzillikdə ərəbdilli alimlər bu kitabı araşdırmışdırlar. Avropalılar isə bu kitabla onların vasitəsi ilə tanış olmuşdurlar.
Ptolemey dünyanın modelini yaratmağa cəhd etmişdir. Onun təsəvvürünə əsasən yer kürəsi dünyanın mərkəzində durur və bütün başqa göy cisimləri (ay, ulduzlar, planetlər) onun ətrafında fırlanırlar. Bunu astronomik cəhətdən təsdiq etmək üçün o bir çox göy cisminin trayektoriyasını hesablayaraq onları çevrə şəklində yerin ətrafında təsvir etmişdir. Ptolemeyin dünya modeli (geosentrik nəzəriyyə) öz dəqiqliyinə görə Kopernikinkindən üstün idi. Kopernik də yer və göy cisimlərinin çevrə üzrə hərəkət etməsini qəbul edirdi. Yalnız Keplerin yerin ellips üzrə hərkət etməsini sübut edəndən sonra dünya haqqında düzgün təsəvvür yaranmağa başlamışdır.
Riyaziyyatda Ptolemey elə də məşhur olmayan "Ptolemey teoremi" ilə tanınır. Onun bu teoreminə əsasən təpə nöqtələri çevrə üzərində yerləşən dördbucaqlının qarşı tərəflərinin cəmi onun diaqonallarının cəminə bərabərdir. Bu həm də tərsinə düzgündür.
Bundan əlavə Ptolemey yerin xəritəsinin işlənməsi ilə məşğul olmuşdur. Ptolemey bilirdi ki, yer kürə şəklindədir. Ona görə də, o yer kürəsini açaraq müstəviyə proyeksiya etmişdir. Başlanğıc meridian üçün o XIX əsrə qədər tətbiq olunan Ferro meredianından faydalanmışdır. Eninə uzunluğu isə bizə bu gün məlum olan ekvatordan hesablamışdır.Onu da qeyd edək ki, Ptolomey coğrafiya elminə ilk dəfə meridian və paralelləri gətirən insan olmuşdur.
Cənubda bir naməlum kontinentin olmasından da ilk dəfə Ptolemey bəhs etmişdir. Yer kürəsində yaşayan əhali haqqında onun verilənləri isə qeyri-dəqiq olmuşdur. Çünki, burada o informasiyanı başqalarından götürmüşdür. Yerin əhatə uzunluğunun hesablanmasında da Ptolemey səhvə yol vermişdir. Belə ki, bu qiyməti o 30000 km həddində olduğunu bildirir və bu rəqəm səhv olaraq bütün ədəbiyyatlara daxil olur.