Feyruz İsayev

Feyruz Abdul oğlu İsayev (1 sentyabr 1952, Göyçay) — tarix elmləri namizədi, 1990–1995-ci ildə Azərbaycan parlamentinin deputatı, "Arch-Petrol" şirkətini təsisçisi, Moldovanın neft məhsulları bazarının lider olan "Lukoyl" şirkətinin rəhbəri.[1]

Feyruz İsayev
Feyruz Abdul oğlu İsayev
1990 – 1995
Şəxsi məlumatlar
Doğum tarixi 1 sentyabr 1952(1952-09-01) (72 yaş)
Doğum yeri
Partiya
Təhsili Odessa Dəniz Donanması Mühəndisləri İnstitutu
Fəaliyyəti siyasətçi

Təltifləri "Dostluq" ordeni "Əmək şöhrəti" ordeni

Feyruz İsayev 1952-ci il sentyabrın 1-də Göyçay şəhərində anadan olub. 1977-ci ildə Odessa Dəniz Donanması mühəndisləri institutunu bitirib. Gəmiqayırma zavodunda texnik-konstruktor kimi əmək fəaliyyətinə başlayıb. 1982–1985-ci illərdə Azərbaycan LKGİ MK katibi vəzifəsində işləyib. Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının məzunu olub. Tarix elmləri namizədidir.

Feyruz İsayev İsmayıllı rayonunda birinci katib, daha sonra 1990–1992-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, həmçinin, 1990–1995-ci ildə Azərbaycan parlamentinin deputatı olub. Həmçinin, sovetlər dönəmində Mərkəzi Komitədə məsul vəzifədə çalışıb.

1997-ci ildən bəri neft məhsulları bazarında çalışan azərbaycanlı iş adamı Moldovaya 1997-ci ildə 45 yaşı olarkən gəlib. O, "Arch-Petrol" şirkətini təsis etməklə bir il yarım müddətində 16 yanacaqdoldurma məntəqəsi və iki topdansatış bazası quraraq ilk uğuruna imza atıb. 2001-ci ildə qurduğu biznesi "Lukoyl" şirkətinə satır və onun rəhbərlərindən birinə çevrilir. İlkin dövrlərdə "Lukoyl"da baş direktorun birinci müavini vəzifəsində çalışan F. İsayev sonra Moldovanın neft məhsulları bazarında lider olan bu şirkətə rəhbərlik edib.

  • Moldova Respublikasının Əmək Şöhrəti Ordeni (2007)
  • Moldova Respublikasının Fəxri Ordeni (2012)
  • Rusiya Federasiyasının dövlət mükafatı olan "Dostluq" ordeni
  1. "MDB və Avropa məkanında məşhur iş adamı, "LUKOIL-Moldova" şirkətinin baş direktoru". musavat.com. 2023-07-13 tarixində arxivləşdirilib.