Feyruz əd-Deyləmi

Feyruz əd-Deyləmi (v. 673, Yəmən, ərəb. فیروز دیلمی‎) — İslam peyğəmbəri Məhəmmədin və saleh xəlifələr Əbu Bəkr (632-634) və Osmanın (644-656) xidmətində olan fars sərkərdəsi. Yəmənin ərəblər tərəfindən fəthində iştirak etmişdir.[1]

Feyruz əd-Deyləmi
Vəfat tarixi 673
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti hərbi lider[d]

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Tam adı Əbu əd-Dəhhak (Əbu Abdullah, Əbu Əbdürrəhman) Fayruz (Firuz) əd-Deyləmi əl-Ximyari olmuşdur. O, I Xosrov tərəfindən Yəmənə onu fəth etmək və həbəşləri qovmaq üçün göndərilmiş farsların nəslindən idi. 631-ci ildə Yəməndən Mədinəyə gələn heyətin üzvü idi. İslamı qəbul etdikdən sonra iki arvadından birini bacı olduqları üçün boşayır.

Əl-Əsvəd əl-Ənsi Yəməndə özünü peyğəmbər elan edərək, Nəcranı və Yəmənin böyük hissəsini işğal edir. Əl-Əsvəd Sənaya hücum etdikdən sonra Məhəmməd peyğəmbər Feyruzu onun üzərinə üzərinə göndərir. Bununla bağlı Təbəri “Peyğəmbərlərin və kralların tarixi” əsərində Məhəmmədin dediyi xəbər verilir: “Onu fəzilətli bir şəxs Feyruz ibn əd-Deyləmi öldürdü” .

Feyruz 673-cü ildə Qüdsdə və ya Yəməndə vəfat edilmişdir. Onun Osman ibn Əffanın (644-656-cı illər) dövründə vəfat etdiyi də bildirilir. Oğulları əd-Dəhhak, Abdullah, Səid və başqaları ondan hədislər nəql etmişlər. Mühəddis və tarixçi Şiraveyh ibn Şəhrədar əd-Deyləmi onun nəslindəndir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. The History of al-Tabari Vol. 39: Biographies of the Prophet's Companions and Their Successors: al-Tabari's Supplement to His History (ingilis). SUNY Press. 2015-07-07. ISBN 978-1-4384-0998-6. 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İbn Seyyidünnâs, Mineḥu’l-midaḥ (nşr. İffet Visâl Hamza), Dımaşk 1407/1987, s. 228—232.
  • Abdülgaffâr Süleyman el-Bündârî v.dğr., Mevsûʿatü ricâli’l-kütübi’t-tisʿa, Beyrut 1413/1993, III, 250.