Fişer effekti

Fişer effekti inflyasiya ilə nominal faiz dərəcəsi arasındakı əlaqəni əks etdirir [1].

İqtisadiyyatda iki faiz dərəcəsi fərqləndirilir: nominal faiz dərəcəsi və real faiz dərəcəsi.

Nominal faiz dərəcəsi bankdan və ya digər maliyyə qurumundan verilən kreditlər üzərində qoyulan faiz dərəcəsidir. Real faiz dərəcəsi isə inflyasiya nəticəsində qaytararılacaq pul miqdarında baş verən dəyər azalmasını nəzərə alan faiz dərəcəsidir. Bu iki göstərici bir-birindən inflyasiya səviyyəsi qədər fərqlənirlər [1]:

(1+i)=(1+r)(1+ π)

r - real faiz dərəcəsi;

i -nominal faiz dərəcəsi;

π -inflyasiya dərəcəsi.

Bu şəkildə yazılan tənlik iqtisadçı İrving Fişerin (1867-1947) xatirəsinə Fişer tənliyi adlanır. Bu tənlikdən görünür ki, nominal faiz dərəcəsinin dəyişməsinə iki amil təsir göstərir: real faiz dərəcəsi və inflyasiya [1].

Miqdar qanununaFişer tənliyi əsasında, monetar böyümənin nominal faiz dərəcsinə necə təsir etdiyini müəyyən etmək mümkündür. Miqdar qanununa görə, pulun miqdarındakı 1%-lik artım inflyasiya dərəcəsini 1% artırır. Fişer tənliyinə görə, inflyasiya dərəcəsindəki 1%-lik artım nominl faiz dərəcəsini təxminən 1% artırır.

Beləliklə, inflyasiya səviyyəsi ilə nominal faiz dərəcəsi arasındakı birbaşa əlaqə Fişer effekti adlanır [1].

Həmçinin Bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 N. Gregory Mankiw. Makroekonomi . 6-cı baskı. Editor: Ömer Faruk Çolak. Ankara. 2014. ISBN 978-605-4160-38-9. Səh. 100-101