Fişt zirvəsi

Fişt (adıq Фыщт — "ağ baş"[2]) — Baş Qafqaz silsiləsinin qərb hissəsindəki dağ zirvəsidir. Mütləq hündürlüyü - 2867.7 metrdir.

Fişt zirvəsi
ady/Фыщт
Fişt-Oşten massivinin Açişko, Krasnaya Polyana təpəsindən görünüşü. Solda Fişt, sağda Oşten
Fişt-Oşten massivinin Açişko, Krasnaya Polyana təpəsindən görünüşü. Solda Fişt, sağda Oşten
Ümumi məlumatlar
Dağ sistemi Qafqaz
Dağ silsiləsi Fişt-Oştenovski dağ massivi
Mütləq hündürlüyü 2867,7 m
Nisbi hündürlüyü 1.391 m[1]
Yerləşməsi
43°57′13″ şm. e. 39°54′11″ ş. u.HGYO
Ölkələr
Rayon
Fişt zirvəsi xəritədə
Fişt zirvəsi
Fişt zirvəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fişt, Oşten və Pşexa-Su zirvələri ilə birlikdə Fişt-Oşten massivini formalaşdırır. Massivin zirvələri Qafqazda ilk alp tipli zirvələrdir (qərbdən şərqə doğru hərəkət edir), yəni subalp və alp dağ çəmənliklərinin geniş kəmərinə malik olaraq meşənin yuxarı sərhədindən xeyli yuxarı qalxırlar. Bundan əlavə, Fişt Qafqazın ən qərb zirvəsidir, yamaclarında buzlaqlar (Böyük və Kiçik Fişt buzlaqları) və əhəmiyyətli qaya fayları var.

Struktur olaraq, Fişt, əhəng daşı qatlarından ibarət blok yüksəlişidir. Qalın əhəng daşı təbəqələri çoxsaylı və müxtəlif karst formalarının (kraterlər, mağaralar) inkişafına kömək edir. Dağın kənarındakı məşhur mağaralardan biri də, Uçan Quş mağarasıdır. 1994-cü ildən bəri Rusiyanın ən dərin mağaralarından biri olan Fiştdə Ağ Ulduz mağara sistemi araşdırılır.

Böyük Fişt buzlağında 1B kateqoriyalı klassik dırmanış marşrutu var.[3] Həmçinin, ən çətin 6A kateqoriyalı dırmanış marşrutuda fəaliyyət göstərir.[4]

Dağın bir zamanlar qədim Tetis okeanındakı mərcan quruluşunu izah edən bir ada olduğuna inanılır.

Pşexa çayı Fişt yamaclarından qaynaqlanır, Belaya çayı mənbəyi Fişt və Oşten zirvələrindən başlayır, Pşexa çayının aşağı axarında çaya qovuşaraq Kuban çayına tökülür. Şaxe çayı da mənbəyini Fişt zirvəsindən götürürür, lakin Qara dənizə tökülür. Dağın qərb divarından hündürlüyü təxminən 200 m olan Pşexa şəlaləsi axır.

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Dağ, Soçidə XXII Qış Olimpiya Oyunlarının açılışı zamanı nümayiş olunan "Rus əlifbası" adlı videoda xatırlanır. Bu dağ zirvəsinin adına Soçi şəhərində bir stadion fəaliyyət göstərir.

Fişt zirvəsi turist və idmançıların ənənəvi ziyarət etdikləri dağ zirvəsidir. Belə ki, zirvədə tez-tez turist yürüşləri və alpinist yarışmaları keçirilir. Bu səbəbdən dağ zirvəsində qəza və insan itkiləri də olmuşdur. Xüsusən 1975-ci və 1986-cı illərdə Fişt zirvəsində qrup ölümləri baş verib. Həm də 1981-ci ildə dağdakı mağaraları tədqiq edən speleoloqlar da tələf olublar. Qəzalar əsasən qar uçqunları və buzlaqların sürüşməsi nəticəsində baş verib.

  1. https://www.peakbagger.com/peak.aspx?pid=10375.
  2. "12 главных спортивных объектов Олимпийских игр 2014 года. // interfax.by (21 января 2014 года)". 2014-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
  3. "Карта маршрута восхождения через Большой Фиштинский ледник". 2015-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
  4. "Классификатор маршрутов на горные вершины". 2015-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.