Fidan Axundova

Axundova Fidan Elmar qızı (18 sentyabr 1977, Bakı) — azərbaycanlı aktrisa, televiziya aparıcısı, şairə.

Fidan Axundova
Fidan Elmar qızı Axundova
Doğum tarixi 18 sentyabr 1977(1977-09-18) (47 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti aktrisa

Fidan Axundova 18 sentyabr 1977-ci ildə Bakıda ziyalı ailəsində doğulub. 1994-cü ildə Bakının Nəsimi rayonundakı 44 saylı məktəbi bitirib. Həmin il Bakıdakı 2 saylı tibb məktəbinə daxil olub. İkiillik təhsilini uğurla başa vurandan sonra 1998-ci ilə qədər müxtəlif səhiyyə ocaqlarında tibb bacısı işləyib. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbə ikən Akademik Milli Dram Teatrına dəvət olunaraq Nəbi Xəzrinin "Burla xatun" dramının tamaşasında Banu Çiçək rolunu oynayıb.[1] Tamaşanın premyerası 19 iyun 1999-cu ildə olub. Tələbə-aktrisanın qabiliyyət və bacarığı nəzərə alınaraq 9 sentyabr 1999-cu il tarixində Akademik teatrın truppasına götürülüb. 2002-ci ildə təhsilini başa vurub. Akademik Milli Dram Teatrında Nəbi Xəzrinin "Burla Xatun"da (Nəbi Xəzri) Banu Çiçək, "Eşq və intiqam"da (Süleyman Sani Axundov) Qəmər, "Hamlet"də (Uilyam Şekspir) aktrisa, "Kəllə"də (Nazim Hikmət) müxbir və narkoman qız, "Skapenin kələkləri"ndə (Jan Batist Molyer) Zerbinetta və s. rollarını oynayıb. Hələ tələbə vaxtlarından Azad Azərbaycan Televiziyasında (ATV) səhər musiqili-əyləncəli verilişinin aparıcısıdır. Bir müddət Lider televiziyasında da verlişlərə aparıcılıq etmişdir. Müxtəlif özəl şirkətlərin çəkdikləri "Qız qalası" (Fidan), "Şərəf" (Jalə) telefilmlərində oynayıb. 2010-cu ildə kinorejissor Eldar Quliyevin "İstanbul reysi" filmində çəkilib.

  1. Qız qalası (film, 2000)
  2. Bəyaz həyat (film, 2003)
  3. Yumurta (film, 2003)
  4. Bacanaqlar (film, 2009) — Mətanət
  5. İstanbul reysi (film, 2010)
  6. Pərvanələrin rəqsi (serial, 2012)
  7. Ləkə (teleserial, 2013)
  8. Naxox (film, 2016)
  1. "Arxivlənmiş surət". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-18.