Bu məqalə 2000-ci ildə çəkilmiş Qız qalası filmi haqqındadır. Digər mənalar üçün Qız qalası (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Filmdə keçmiş və bu günün hadisələri bir-birinə bağlı, əlaqəli şəkildə verilir.Hər iki dövrdə haqq və haqsızlığın mübarizəsi pritça diliylə, alliqoriya ilə göstərilir.bazar iqtisadiyyatı, özəlləşdirmə, insan haqları, sahibkarlıq mövzularına toxunulur. Bununla paralel olaraq Qız qalası haqqındakı əski əfsanə tamam başqa cür yozulur və düşmənə əyilməyən bir mərd qız kimi təqdim olunur. Filmin qəhrəmanı Fidan iki zaman kəsiyində — keçmişdə və bu gün-yaşayır. Sahibkarlığın inkişaf etdiyi müasir günlərdə özbaşınalığın, pulla hər şeyi həll etməyin mümkünlüyünü düşünən yolunu azmış biznesmen (Məmmədhüseyn) Fidana gözü düşdüyünə görə "Qız Qalası"nı özəlləşdirmək istəyir və hansısa yolla qalanı satın alır. Lakin Fidan qalanı keçmişdə xarici qəsbkardan qoruduğu kimi, indiki zamanda da (Fidan Axundova) biznesmenə qarşı mübarizəyə qalxır. Filmdə həmçinin qızın istəklisi Sabir (Sabir Məmmədov) mitinqlərdə, piketlərdə haqların tələb edilməsi prosesinə qatılan mübariz bir gəncdir. Film biznesmenin mənəvi məhvi ilə nəticələnir. Lakin cəmiyyətimiz hələ də qədim abidələrimizə qənim kəsilən bu cür "biznesmen"lərdən təmizlənməyib.
Qız qalası | |
---|---|
Janr |
dram fantastika məhəbbət |
Rejissor | Vaqif Azəryar |
Ssenari müəllifi | Əmir Pəhləvan |
Baş rollarda |
Fidan Axundova Sabir Məmmədov — Sabir Məmmədhüseyn — biznesmen |
Operator | Yuri Varnovski |
Bəstəkar | Azər Zeynalov |
Rəssam | Adil Azay |
İstehsalçı | "Step" Ltd Kinoşirkəti |
İlk baxış tarixi | 2000 |
Filmin növü | qısametrajlı bədii film |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2000 |
Rəng | rəngli |