Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi və ya qısa olaraq FHVMM – Xalq artisti Fidan Hacıyeva tərəfindən təsis edilmiş və öz adını daşıyan ilk özəl, ödənişli musiqi məktəbi.
Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi | |
---|---|
Əsası qoyulub | 3 oktyabr 2017[1] |
Tip | orta-ixtisas təhsili müəssisəsi |
Ölkə |
2016-cı ildə fəaliyyətinə başlayıb və 9 avqust 2017-ci ilədək "Fidan Hacıyevanın Musiqi Mərkəzi" adı ilə fəaliyyət göstərib. 2017-ci il 25 Fevralda mərkəzin tədris zalında Xocalı soyqırımına həsr olunmuş və tələbələrlə ilk konserti olub. Tamaşaçı sayının az olmasına baxmayaraq, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Meri Krofts konsertin izləyiciləri sırasında olub. 2017-ci il 28 Mayda Fidan Hacıyeva tələbələri ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr olunan, Zirə Mədəniyyət Mərkəzində, sayca ikinci, böyük auditoriya qarşısında isə ilk konserti ilə çıxış edib. Hətta tələbələrinin opera ifası bacarıqlarını nümayiş etdirmək üçün tələbəsi Elçin Əliyevlə Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" operasından "Əskər və Gülçöhrənin ariyası"nı da ifa edib.[2][3] [4] [5] 2017-ci il 11 İyun tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Musiqi Mərkəzinin yaranmasının bir illiyi münasibətilə sayca üçüncü dəfə "Yeni Səslər" adlı konsert proqramı tamaşaçılara təqdim olunub. [6] Bu konsert proqramı digər konsertlərdən tamaşaçı sayının daha çox olması ilə yanaşı ifalar və janrlarla da fərqlənib. [7] [8] [9] [10] [11] [12] [13] [14] [15]
09 avqust 2017-ci ildə Fidan Hacıyeva öz tələbəsi Elçin Əliyevi mərkəzə direktor təyin edir.[16] Bundan sonra mərkəzin adı "Fidan Hacıyeva adına Vokal Musiqi Mərkəzi" adlandırır. [17] Daha sonra Elçin Əliyevin başlıca təşəbbüsü ilə musiqi mərkəzi "məktəb" statusu alır və o, Fidan Hacıyeva tərəfindən məktəbin ilk rəsmi direktoru vəzifəsinə təyin edilir. [18] Oktyabr ayının 20-də Elçin Əliyev musiqi məktəbindəki vəzifəsindən ayrılır.
2017-ci il noyabrın 6-da Xalq Artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva rəhbərlik etdiyi musiqi məktəbinin tələbələri ilə birlikdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında konsert proqramı ilə çıxış edir. Konsertdə Vokal Musiqi Məktəbinin tələbələri öz istedadlarını nümayiş etdirirlər. Eyni zamanda, Fidan Hacıyeva tələbələri ilə birlikdə duet səsləndirir. Konsert proqramı dünya şöhrətli Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə sona çatır. [19]
2018-ci il martın 18-də — Novruz bayramı ərəfəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Fidan Hacıyevanın Vokal Musiqi Məktəbi "Baharın səsi" adlı ikihissəli konsert proqramını təqdim edir. Konsert proqramı həm iştirakçıların çıxışları, həm də səhnə dekorasiyası ilə salona əsl bahar ətri, təravəti gətirirlər. Sonda Fidan Hacıyevanın Vokal Musiqi Məktəbi kollektivinin birgə ifa etdiyi "Azərbaycan" mahnısını tamaşaçılar ayaq üstə alqışlara qarşılayırlar [20]
№ | İxtisasın adı | Şöbə | Tədris müddəti |
---|---|---|---|
1 | Vokal | sərbəst | |
2 | Skripka | sərbəst | |
3 | Gitara | sərbəst | |
Cəmi: 3 |