Fidan Hacı Ağa qızı Hacıyeva-Neylor (7 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının xalq artisti (05.03.2015),[2] Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti,[3] opera müğənnisi, mezzo-soprano.
Fidan Hacıyeva | |
---|---|
Fidan Hacı Ağa qızı Hacıyeva | |
Ümumi məlumatlar | |
Ləqəbi | Karmen |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Filip Neylor |
Uşağı | 3 |
Atası | Hacı Ağa Hacıyev |
Anası | Simuzər Hacıyeva |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Fəaliyyət illəri | 1995- |
Janr | klassik |
Musiqi aləti | piano |
Səs tembri | Mezzo-soprano |
Təhsili | Bakı Musiqi Akademiyası |
Boyu | 1.72 sm[1] |
Mükafatları |
|
fidanhaciyeva.com |
Professor Hüseyn Əliyevin tələbəsidir. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2000-ci ildə Türkiyədəki "Aspendos" antik teatrının səhnəsində açıq səma altında, 12 min tamaşaçı qarşısında çıxış etmişdir. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqənin qalibidir. 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülmüş və 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunmuşdur. 2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının "Peşəkar vokal ifaçılarının müsabiqəsi"qalibidir. 2012-ci ildə İtaliyanın Berqamo şəhərində yerləşən Donisetti adına teatrında təşkil edilmiş "Gran Gala" konsertində klassik italyan musiqisinin təbliğindəki xidmətinə görə "Sülhməramlı səfir" diplomu ilə təltif olunub. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Xalq artisti" adına layiq görülüb. 2016-cı ildə öz adını daşıyan, Musiqi Mərkəzini yaradıb. Milli səhnəmizdə klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk "Karmen" ifaçısı Fatma Muxtarovadan[4] sonra ikinci Azərbaycan opera səhnəsinin "Karmen"i adlandırlır.
Fidan Hacıyeva 1984-cü ildə Bülbül adına orta ixtisas Musiqi Məktəbinin fortepiano sinfinə daxil olub. Orada tam orta təhsilini bitirdikdən sonra 1994-cü ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsinə qəbul olub. Professor Hüseyin Əliyevdən peşəkar təhsil alan ifaçı, daha sonra 1998-ci ildə Rusiya Federasiyasının Xalq artisti, dünya şöhrətli — İrina Arxipovadan vokal sənəti üzrə ustad dərsləri alıb.[5]
Peşəkar opera səhnəsinə ilk dəfə 1996-cı ildə, 19 yaşında, "Koroğlu operası"nda "Xanəndə qız" obrazı ilə gəlib.[6]
2000-ci ildə Türkiyədə "TÜRKSOY"un xətti ilə keçirilən opera günlərində iştirak edərək, Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil edir. Elə həmin il opera ifaçısı Türkiyə Cumhuriyyətinin Mersin Dövlət Opera və Balet Teatrı ilə müqavilə imzalamış və teatrda çalışmışdır. Dəfələrlə Mersin, İstanbul, İzmir, Ankara teatrlarının səhnəsində "Karmen" obrazını yaradır. Ən yaddaqalan çıxışı isə Türkiyədəki "Aspendos" antik teatrının səhnəsində açıq səma altında, opera sənətinin biliciləri və həvəskarları olan ən incə zövqlü 12 min tamaşaçının toplaşdığı gündəki çıxışıdır.[7]
Fidan Hacıyevanın səsinə valeh olan italyanlar onu 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqəyə dəvət edirlər. Opera müğənnisi həmin müsabiqədə iştirak edir və qalib olur. Operanın vətəni sayılan İtaliyada mezzo-soprano Bernadette Manca di Nissanın dərslərini dinləyir. Daha sonra Fidan Hacıyeva vətənə qayıdır və müəllimi professor Hüseyn Əliyevin sinfində aspirantura pilləsinə yiyələnir.
Sənətçinin 2003-cü ildə "Jealousy and love" (azərb. Məhəbbət və Qısqanclıq) adlı ilk albomu işıq üzü görür.
2004-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mahnı və Rəqs Ansamblının baş solisti olur.
2005-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Yaponiyanın Naqoya şəhərində keçirilən EXPO-2005[8] Beynəlxalq sərgidə iştirak edərək, Azərbaycan musiqisini təqdim etməklə yanaşı, yapon dilində mahnılar ifa etməsi yapon xalqında özünə qarşı böyük təəccüb və sevgi hissi yaradır.
2006-cı ildə opera müğənnisi "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülmüş və Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunur. Həmin ilin oktyabr ayında Almaniyada keçirilən Azərbaycan mədəniyyəti günlərində Teymur Göyçayevin dirijorluq etdiyi Azərbaycan Dövlət Kamera Orkestrinın müşayiəti ilə Berlin Filarmoniyasında, Ştutqart və Mayns şəhərlərinin teatrlarında silsilə konsertlər verir.
2007-ci il mayın 11-də səhnə fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülür.[9]
2008-ci ilin Dekabr ayında hərbi xidmətçilər üçün vətənpərvərlik mövzusunda təşkil edilmiş silsilə konsert proqramlarında çıxış edir.[10]. May ayının 7-də ikinci dəfə səhnə fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülür.[11] Oktyabr ayında isə Azərbaycan və Ukrayna Mədəniyyət Nazirliyinin birgə keçirdiyi Kiyev şəhərində Ukraynanın Xalq Artisti Aleksandr Buretzlə birgə konserti olur. 25 dekabrda isə Azərbaycanın Ukraynadakı səfirliyi, Kiyev Şəhər Dövlət Administrasiyası, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev Şəhər Təşkilatı və "Ukrayna-Azərbaycan" Beynəlxalq Xeyriyyə Fondunun təşkil etdiyi, Ukrayna Milli Musiqi Akademiyasının P. İ. Çaykovski adına Opera Studiyasının salonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş konsertdə öz çıxışı ilə tamaşaçılara əsl sürpriz yaşadır. Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərlərini ifa edən müğənnini royalda Azərbaycanın əməkdar incəsənət xadimi Cavan Zeynallı müşayiət edir. Azərbaycan artistlərinin yüksək ustalığı tamaşaçılar tərəfindən uzun sürən alqışlarla təqdir olunur.[12]
2009-cu ildə Türkiyənin Mersin Opera və Balet Teatrında, türkdilli ölkələrdən 18 opera müğənnisinin iştirak edəcəyi 12-ci TÜRKSOY Opera Günlərinin açılışında Azərbaycanı təmsil edir.[13]
2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının təşkil etdiyi peşəkar vokal ifaçılarının müsabiqəsində birinci yeri tutur.[14] Daha sonra dünya şöhrətli mezzo-soprano Bruna Buglioninin yanında vokal təhsilini davam etdirir.
2011-ci ilin ilk həftəsində Türkiyənin Samsun Dövlət Opera Teatrında "Karmen" obrazını canlandırır. Mayın 9-da Azərbaycanın İtaliyadakı səfirliyinin təşəbbüsü ilə, İtaliyanın paytaxtı Romanın ən böyük konsert salonu olan Santa Çeçilia Milli Musiqi Akademiyasının "Auditorium Parco della Musica" kompleksində, Heydər Əliyevin anadan olmasının 88-ci ildönümümə həsr edilmiş solo konserti ilə çıxış edir. O pianoçu Zülfiyyə Sadıqova və İtaliya pianoçusu Paolo Saraçinonun müşayiəti ilə Azərbaycan və İtaliya opera musiqisindən nümunələr ifa edir.[15][16] Mayın 25-də isə Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Aida" operası tamaşaya qoyulur. Teatrın rəhbərliyi bu tamaşanı idarə etmək üçün məşhur italyan dirijoru Canluka Marçianonu dəvət edir.[17] Fidan Hacıyevanın böyük peşəkarlıqla ifa etdiyi "Amneris" partiyası italiyan dirijoru Gianluca Marcianonu heyran edir. İyunun ilk günlərində Fidan Hacıyeva Bakıda fransız tenoru Jean-Francis Monvoisinlə birgə konsert proqramı təşkil edir. Gecədə Opera və Balet Teatrının simfonik orkestrinin müşayiəti ilə Azərbaycan, fransız və italyan bəstəkarlarının əsərlərindən parçalar ifa olunur. Orkestr isə dirijor, Xalq artisti Cavanşir Cəfərov tərəfindən idarə olunur.[18] İyunun 25-də İtalianın Montejiore Konka şəhərində keçirilən yay festivalı çərçivəsində Fidan Hacıyevanın iştirakı ilə Cakomo Puççininin "Suor Angelica" operası səhnələşdirilir. Avqustun 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı və Bəstəkarlar İttifaqının dəstəyi ilə SSRİ-nin və Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Cəvahirləl Nehru adına Beynəlxalq mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli bəstəkar və dirijor Niyazinin (Tağızadə-Hacıbəyov) anadan olmasının 99-cu ildönümünə həsr olunmuş gecədə marağa səbəb olacaq ifalarla çıxış edir.[19] Sentyabrın 18-də o, İtaliyanın Fraskati şəhərində opera müğənnilərinin konsertində böyük uğurla çıxış edir. Fidan Hacıyeva konsertdə italyan müğənnisi Anna Konsolara ilə birgə "Aida" operasının ikinci pərdəsindən dueti ifa edir. Azərbaycan opera səhnəsinin ulduzu Fidan Hacıyeva, Qaetano Donizettinin "Favoritka" operasından Leonoranın ariyasını da dinləyicilərə təqdim edir. Sonda klassik opera sənətinin biliciləri Fidan Hacıyeva sənətini "Güclü və gözəl səs" deyə qiymətləndirirlər.[20]
2012-ci il Aprelin 16-da Heydər Əliyev Fondunun və Azərbaycanın Romadakı səfirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İtaliyanın Turin şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günlərində Fidan Hacıyeva öz virtouz ifaları ilə sözün həqiqi mənasında turinliləri heyran edir.[21] Daha sonra Venesiyada, Milanda Cüzeppe Verdinin Konservatoriyasında çıxış edir. Həmin il məşhur italyan dirijoru və pianoçusu Stefano Miceli, İtaliyanın Berqamo şəhərində yerləşən Donisetti adına teatrında təşkil edilmiş "Gran Gala" konsertinə Fidan Hacıyevanı xüsusi olaraq dəvət edir. Festivalın təşkilatçıları Fidan Hacıyevanı klassik italyan musiqisinin təbliğindəki xidmətinə görə "Sülhməramlı səfir" diplomu ilə təltif edirlər. Bununla da sənətçi Azərbaycana şərəf və şöhrət gətirən ən böyük uğuruna imza atmış olur.
2013-cü il Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli V Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi münasibətilə "Arşın Mal Alan" operasında rol alır.[22]
2014-cü il Yanvarın 30-da Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Dövlət Fortepiano Triosunun konsertində solist qismində Fidan Hacıyeva çıxış edir. Konsert proqramına Azərbaycanla yanaşı, Qərbi Avropa bəstəkarlarının kiçik musiqi əsərləri daxil olunur.[23] Martın 3-ü Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Londonda "King"s Place" incəsənət mərkəzində Novruz bayramı münasibətilə Fidan Hacıyevanın "Yazın səsi" adlı solo konsert proqramı təşkil olunur.[24] 19 apreldə isə ilk dəfə Heydər Əliyev adına sarayda — "Sevgili Canan" adlı solo konserti ilə çıxış edir.[25][26]
2015-ci ildə sənətçi Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən "Xalq artisti" adına layiq görülür[2][27] və eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin leytenantı rütbəsini alır. Aprelin 19-u Heydər Əliyev adına sarayda "Bir bahar axşamı" adlı sayca ikinci solo konserti ilə çıxış edir. Noyabrın 23-də "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyinin orqan musiqisi zalında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın anadan olmasının 75 illiyinə həsr edilmiş tədbirdə iştirak edir. Noyabrın 28-də Dövlət Akademik Opera və Balet Teatrında "Arşın mal alan" operettasının tamaşaya qoyulur. Baş tutacaq tamaşanın özəlliyi bu tamaşada ilk dəfə Gülçöhrə rolunda Xalq artisti Fidan Hacıyevanın çıxış etməsi olur.
2016-cı ilin Fevralın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında teatrın solisti, Əməkdar artist Cahangir Qurbanovun "İki canda bir ürək" adlı solo konsertində Fidan Hacıyeva və Əməkdar artist Fərid Əliyev də Cahangir Qurbanovla eyni səhnəni bölüşərək, birlikdə duet ifa edirlər.[28] 11–15 may tarixlərində Britaniya Kraliçası II Yelizavetanın 90 illik yubileyi şərəfinə Londonda təşkil olunan tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Azərbaycan mədəniyyətinin təqdimatı tarzən Rafiq Rüstəmov və Xalq artisti Fidan Hacıyevanın ifası ilə müşayiət olunur.[29] Tədbirdə Azərbaycan mədəniyyəti pavilyonu fəaliyyət göstərir. Pavilyonda ölkəmizin mədəniyyəti, adət-ənənələri, folkloru, mətbəxi əksini tapıb. Əlvan xalçalar, milli geyimlər, suvenirlər, ədəbiyyat, memarlıq nümunələrinin sərgisi keçirilir. Pavilyona baş çəkənlərə milli şirniyyatlar təqdim olunur, ölkəmiz haqqında nəşr və disklər paylanılır, musiqilər səsləndirilir. 2016-cı il 20 dekabr tarixində Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dəvəti ilə Minskdə 7-ci beynəlxalq dünya forumunda iştirak edir. Forum çərçivəsində təşkil olunmuş qala konsertdə bir sıra ölkələrdən məşhur vokalistlər dəvət olunur, Azərbaycanı isə Fidan Hacıyeva təmsil edir.
2017-ci il Aprelin 20-də Fidan Hacıyeva Minskdə Jorj Bizenin "Karmen" operasının tamaşasında əsas partiyanı — "Karmen" obrazını canlandırır. İyulun 14-də isə Parisdə fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası (ADA) Fransa Respublikasının Milli Bayramı münasibətilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində klassik musiqi gecəsində Fidan Hacıyeva, Parisdə yaşayan azərbaycanlılar və Fransa xalqı üçün, məşhur Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqilərindən ibarət seçmə nümunələr daxil etdiyi konsert proqramı təqdim edir.[30][31][32]
Xalq Artisti Fidan Hacıyeva 2018-ci ilin mayın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar İncəsənət Xadimi, bəstəkar Ədilə Hüseynzadənin romanslarından ibarət "Duyğular" adlı konsert proqramı ilə çıxış edir. Konsertdə Xalq Artisti Fidan Hacıyeva bəstəkar Ədilə Hüseynzadənin müxtəlif illərdə yazdığı romanslarını səsləndirir. İfaçının "Azərbaycan Xalq Cümhuriyyəti-100" adı altında təqdim etdiyi ilk konserti olan bu konsertdə onu fortepianoda beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə müşayiət edir.[33]
Fidan Hacıyeva 2018-ci il mayın 11-də Tbilisidə Şota Rustaveli adına Dövlət Dram Teatrında Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan konsert proqramı ilə çıxış edir. Xalq Artisti bu konsertdə görkəmli bəstəkarlarımız — Üzeyir Hacıbəyli, Ədilə Hüseynzadə, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev və dünya bəstəkarlarının əsərlərini ifa edir. Bu konsertdə də onu fortepianoda beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə müşayiət edir. Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanır.[34]
2018-ci ilin mayın 16-da Xalq Artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Londonda geniş konsert proqramı ilə çıxış edir. Konsertdə Əməkdar İncəsənət Xadimi Ədilə Hüseynzadənin romanslarını səsləndirir. Onu fortepianoda Səidə Tağızadə, violençeldə Aleksey Miltix müşayiət edir.[35]
Fidan Hacıyeva 2018-ci ilin mayın 23-də İsveçrənin paytaxtı Bern şəhərində yerləşən Bellevue sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə növbəti konsert proqramı ilə çıxış edir. Konsertdə Üzeyir Hacıbəyli, Ədilə Hüseynzadə, Müslüm Maqomayev, Fikrət Əmirov, Qara Qarayev və dünya bəstəkarlarının ölməz əsərləri səsləndirilir. İfa olunan əsərlər konsertdə iştirak edən Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn knyazlığındakı səfiri Xanım İbrahimova, xarici ölkələrin diplomatik nümayəndələri, müxtəlif qonaqlar tərəfindən yüksək rəğbətlə qarşılanır.[36]
9 may 2018-ci ildə[37], 10 may 2019-cu ildə[38], 7 may 2020-ci ildə[39] və 7 may 2021-ci ildə[40] Prezident Mükafatına layiq görülmüşdür.
2018-ci ilin oktyabr ayının 26-da Türkiyə Cümhuriyyətinin 95-ci, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə İstanbul şəhərində təşkil edilən möhtəşəm tədbirdə Xalq Artisti Fidan Hacıyeva da iştirak etmişdir. Tədbir barədə təəssüratlarını bölüşən Xalq artisti Fidan Hacıyeva demişdir: "Azərbaycan və Türkiyə qardaşlığına həsr olunan belə bir möhtəşəm gecədə iştirakdan məmnunam. Gecədə Üzeyir Hacıbəylinin “Sevgili canan”, “Gözəlim, yar gözəlim”, sözləri Vahid Əzizə, musiqisi Eldar Həsənova məxsus "Vətənimdir" mahnısını ifa etmişəm. Belə bir möhtəşəm tədbirdə fəxri diplomla təltif olunmağımdan sevincliyəm və təşkilatçılara təşəkkürümü bildirirəm".[41][42]
Xalq Artisti Fidan Hacıyeva 2019-cu ilin iyun ayının 4-də Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyi və Paris "Azərbaycan Evi"nin dəstəyi ilə Konservatoriyanı bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadın olan və dahi Üzeyir Hacıbəylidən dərs almış görkəmli bəstəkar, Əməkdar İncəsənət xadimi Ədilə Hüseynzadənin əsərlərindən ibarət möhtəşəm konsert proqramı ilə Paris şəhərinə çıxış edir. Konsert Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə təşkil edilmişdi. Konsertdə beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin pianoda müşayiəti ilə Xalq Artisti Fidan Hacıyeva görkəmli bəstəkarın romanslarını ifa edir.[43]
2019-cu ilin 13 Sentyabrında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə direktor vəzifəsinə təyin olunub.[44]
2019-cu ilin noyabrın 4-də İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə tədbir və konsert proqramı keçirilib. Xalq artisti Fidan Hacıyeva, beynəlxalq müsabiqələr laureatları – pianoçu Zülfiyyə Sadıqova və violonçel ifaçısı Alina Kudelevits konsert proqramı ilə çıxış ediblər. Musiqiçilərin ifasında həm xarici, həm də Azərbaycan bəstəkarlarının ölməz əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından bir hissə və "Sevgili canan" romansı, Qara Qarayevin əsərləri, eləcə də Müslüm Maqomayevin "Azərbaycan" mahnısı və s. səsləndirilib.[45]
2019-cu il 23–25 noyabr tarixində Rusiya Federasiyasının Moskva vilayətində MDB iştirakçısı dövlətlərinin gəncləri arasında "XIV Delfi Oyunları" keçirilmişdir. Azərbaycan Respublikasından Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva "akademik vokal" nominasiyasında beynəlxalq münsiflər heyətində üzv kimi təmsil olunmuşdur.[46]
2020-ci il 21 mayda Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin rəis müavini – mahnı ansamblının rəisi təyin edilib.[47]
2021-ci il 5 noyabr tarixində Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə Londonda təşkil olunan "Sülhün səsləri" adlı qala-konsertdə öz ifaları ilə çıxış etmişdir.[48]
2021-ci il 21 noyabr tarixində Azərbaycanda ilk dəfə olaraq yalnız xanımlardan ibarət MEZZO (adlı) özəl Kamera Orkestrini yaradıb.[49]
2022-ci ilin 24 may tarixində Paris şəhərində keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 104-cü ildönümü münasibətilə konsert proqramında iştirak edir. Konsert Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Fransada Azərbaycanın Dostları Assossiasiyasının (ADA) təşkilatçılığı ilə gerçəkləşdirilir. Konsertdə Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, opera müğənnisi Fidan Hacıyevanın və pianoçu-bəstəkar, professor Könül Hüseynovanın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, habelə Könül Hüseynovanın, Vahid Əzizin sözlərinə bəstələdiyi "Şuşam mənim", Üzeyir Hacibəylinin "Arşın mal alan", "Sevgili — canan", Müslüm Maqomayevin "Azərbaycan" və digər musiqilər səsləndirilir.[50]
2022-ci ildən Azərbaycan Milli Konservatoriyasında "Vokal müəllimi" kimi fəaliyyətə başlayıb.[51]
2023-cü ilin 1 oktyabrda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operasının uğurlu premyerası olub. Xalq Artisti Fidan Hacıyeva ilk dəfə "Qrafinya" obrazını yaradıb.[52]
2023-cü ilin noyabr ayının 8-də İspaniyanın Barselona şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Zəfərin qəhrəmanları” adlı opera konserti təşkil edilib. Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi, “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” və Barselona Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın İspaniyadakı səfirliyinin əməkdaşları, Azərbaycan icmasının, yerli ictimaiyyətin nümayəndələri və media mənsubları iştirak ediblər. Konsertdə Xalq Artisti Fidan Hacıyeva Azərbaycan klassiklərinin, İspan və dünya müəlliflərinin əsərlərini ifa edib.[53]
Azərbaycanda ilk dəfə Xalq artisti Fidan Hacıyeva tərəfindən 2024-cü ilin aprelin 27-dən martın 3-dək birincı Beynəlxalq Opera Festivalı keçiriləcək. Layihənin əsas məqsədi Azərbaycanda klassik musiqinin təbliği və inkişafı, opera sənətinin yeni istedadlarının üzə çıxarılması və dəstəklənməsidir. Festival çərçivəsində yeddi gün ərzində müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim olunacaq, onları xaricdən də daxil olmaqla tanınmış opera müğənniləri ifa edəcək, məşhur drijorlar müşayiət edəcəkdir.[54]
2024-cü ilin 27 aprel-3 may tarixlərində Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatı dəstəyi ilə Azərbaycanda ilk dəfə Beynəlxalq Opera Festivalı keçirildi. Xalq Artisti Fidan Hacıyevanın gərgin əməyi sayəsində keçirilən festival 7 gün davam etdi. Festival günlərində ölkəmizin məşhur konsert salonlarında müxtəlif konsertlər təşkil edildi. Festival ölkəmizdə musiqi bayramına çevrildi. Bu konsertlərdə səhnəmizin gənc vokalçılarına yer verildi, ölkəmizin opera ulduzları çıxış elədilər. Həmçinin Türkiyə, İtaliya, Gürcüstan, Almaniya və Rusiyadan gələn opera ifaçıları da tamaçılara xüsusi musiqi axşamı yaşatdılar. Festival çərçivəsində məşhur "Karmen" operası yeni üslubda təqdim edildi. Bu tamşaçılar tərəfindən xüsusi alqışlarla qarşılandı.[55][56]
22 sentyabr 2024-cü ilə Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin nəzdində opera teatrı açmışdır.[1]
Məşhur fransız bəstəkarı Jorj Bizenin Lüdovik, Halevi və Anri Melyakın librettosuna bəstələdiyi 4 pərdəli faciə janrındakı operanın Fidan Hacıyeva yaradıcılığında xüsusi yeri var. "Karmen" uğuru, ilk dəfə 19 yaşlı solistin "Karmen"in rəfiqəsi "Mersedes"in ariyasını oxumaqla başlayır. Cəmi iki il sonra isə artıq "Karmen"in çox mürəkkəb partiyası Fidan Hacıyevaya etibar olunur.
Öz dediklərinə görə opera ifaçısı "Karmen" müvəffəqiyyətini qazanmaq üçün zəhmət çəkməli, flamenko rəqsini öyrənməli, az qala taqətdən düşənə qədər məşq etməli olur. Fidan Hacıyeva "əsas məsələ öz qəhrəmanının xarakterinə tamamilə uyğunlaşmaqdır" deyərək hətta "Karmen"in vətəni Əndəlusa da gedir.[57]
Sənətçi "Karmen" operasının ona həmişə uğur gətirdiyini, nə iş görsə "Karmen"dən "Habanera" ariyasını zümzümə etdiyini və bu operanın ailə uğuru olduğunu deyir. Hətta həyat yoldaşı ilə tanışlığında da xüsusi yeri məhz "Karmen" operası tutur.[58] Fidan Hacıyevaya ilk "Karmen" uğurunu arzulayan isə "Karmen"in məşhur ifaçılarından, Tamara Sinyavskaya olmuşdur.
Obraz | Opera | Bəstəkar |
---|---|---|
Xanəndə qız | "Koroğlu" | Üzeyir Hacıbəyov |
Gülüş | "Sevil" | Fikrət Əmirov |
Asya | "Arşın Mal Alan" | Üzeyir Hacıbəyov |
Gülçöhrə[59] | "Arşın Mal Alan" | Üzeyir Hacıbəyov |
Karmen | "Karmen" | Jorj Bize |
Rozina | "Sevilya bərbəri" | Coakkino Rossini |
Amneris[60] | "Aida" | Cüzeppe Verdi |
Azuçena | "Trubadur" | Cüzeppe Verdi |
Maddalena | "Riqoletto" | Cüzeppe Verdi |
La Prinçipessa | "Suor Ancelika" | Cakomo Puççini |
Santuzza[61] | "Cavalleria rusticana" | Pietro Mascagni |
İl | Albom | Yayımlanma tarixi |
---|---|---|
2003 | "Jealousy and Love"(azərb. Qısqanclıq və Məhəbbət) | 2003.--.-- |
2014 | "Sevgilim" | 2014.--.-- |
Tarix | Ölkə, Şəhər | Yer | Konsertin adı | Dirijor | Müşayiətçi | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2008.10.-- | Ukrayna, Kiyev | - | "Aleksandr Buretzlə birgə" | - | - | |||||||||||
2011.05.09 | İtaliya, Roma | Auditorium Parco della Musica | "Heydər Əliyevin anadan olmasının 88-ci ildönümümə həsr edilmiş" | - | Zülfiyyə Sadıqova və Paolo Saraçino | |||||||||||
2011.06.-- | Azərbaycan, Bakı | Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı | "Jean-Francis Monvoisinlə birgə" | Cavanşir Cəfərov | Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri | |||||||||||
2014.03.07 | {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}}, London||London Kings Place||"Sound of Spring"||-||Zülfiyyə Sadıqova |
2014.04.19 | Azərbaycan, Bakı | Heydər Əliyev Sarayı | "Sevgili Canan" | Cavanşir Cəfərov | Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri | |||||||||||
2015.04.19 | Azərbaycan, Bakı | Heydər Əliyev Sarayı | "Bir Bahar Axşamı" | Salman Qəmbərov | Rəşid Behbudov adına m/t.-ın Estrada-Simfonik Orkestri | |||||||||||
2017.07.14 | Fransa, Paris | Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi | "Fransa Respublikasının Milli Bayramı münasibətilə" | - | Zülfiyyə Sadıqova | |||||||||||
2018.05.06 | Azərbaycan, Bakı | Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası | "Duyğular" | - | Səidə Tağızadə, | |||||||||||
2018.05.11 | Gürcüstan, Tbilisi | Şota Rustaveli adına Dövlət Dram Teatrı | "Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan konsert proqramı" | - | Səidə Tağızadə | |||||||||||
2018.05.16 | {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}}, London||"London Kings Place"||"Əməkdar İncəsənət Xadimi, bəstəkar Ədilə Hüseynzadənin romanslarından ibarət konsert proqramı"||-||Səidə Tağızadə |
2018.05.23 | İsveçrə, Bern | "Bellevue sarayı" | "Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə növbəti konsert proqramı" | - | Səidə Tağızadə | |||||||||||
2019.06.04 | Fransa, Paris | "Azərbaycan Mədəniyyət Mərkəzi" | "Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi bağlı Əməkdar İncəsənət Xadimi, bəstəkar Ədilə Hüseynzadənin romanslarından ibarət konsert proqramı" | - | Səidə Tağızadə |
Tarix | Ölkə, Şəhər | Yer | Konsertin və ya tədbirin adı | Dirijor | Müşayiətçi | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2000.--.-- | Türkiyə | - | "TÜRKSOY"un opera günləri | - | - | |||||||||||
2005.--.-- | Yaponiya, Naqoya | - | "EXPO 2005" Beynəlxalq sərgi | - | - | |||||||||||
2006.10.-- | Almaniya, Berlin | Berlin Filarmoniyası | "Azərbaycan Mədəniyyət Günləri" | Teymur Göyçayev | Azərbaycan Dövlət Kamera Orkestri | |||||||||||
2006.10.-- | Almaniya, Ştutqart | - | "Azərbaycan Mədəniyyət Günləri" | Teymur Göyçayev | Azərbaycan Dövlət Kamera Orkestri | |||||||||||
2006.10.-- | Almaniya, Mayns | - | "Azərbaycan Mədəniyyət Günləri" | Teymur Göyçayev | Azərbaycan Dövlət Kamera Orkestri | |||||||||||
2008.12.25 | Ukrayna, Kiyev | Ukrayna Milli Musiqi Akademiyasının Opera Studiyası | "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə | - | Cavan Zeynallı | |||||||||||
2009.--.-- | Türkiyə, Mersin | Mersin Opera və Balet Teatrı | 12-ci "TÜRKSOY" opera günləri | - | - | |||||||||||
2011.08.19 | Azərbaycan, Bakı | Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi | "Niyazinin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş" gecə | - | - | |||||||||||
2011.09.18 | İtaliya, Sassari | - | "Opera Müğənnilərinin konserti" | - | - | |||||||||||
2012.04.16 | İtaliya, Turin | - | "Azərbaycan Mədəniyyət Günləri" | - | - | |||||||||||
2012.04.-- | İtaliya, Venesiya | - | - | - | - | |||||||||||
2012.04.-- | İtaliya, Milan | Cüzeppe Verdi adına Milan Konservatoriyası | - | - | - | |||||||||||
2012.--.-- | İtaliya, Berqamo | Donizetti teatrı | "Gran Gala" konserti | Stefano Miceli | - | |||||||||||
2014.--.-- | Azərbaycan, Bakı | Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi Zalı | "Dövlət Fortepiano Triosunun konserti" | - | - | |||||||||||
2015.11.23 | Azərbaycan, Bakı | "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyinin orqan musiqisi zalı | "Ruhəngiz Qasımovanın anadan olmasının 75 illiyinə həsr edilmiş" tədbir | - | - | |||||||||||
2016.02.14 | Azərbaycan, Bakı | Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı | Cahangir Qurbanovun "İki canda bir ürək" adlı solo konserti | Cavanşir Cəfərov | Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri | |||||||||||
2016.05.11–15 | {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}}, London||-||"Britaniya Kraliçası II Yelizavetanın 90 illik yubileyi şərəfinə" tədbir||-||- |
2016.12.20 | Belarus, Minsk | Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı | " 7-ci beynəlxalq dünya forumu" | - | - | |||||||||||
2017.05.28 | Azərbaycan, Bakı, Zirə | Zirə Mədəniyyət Mərkəzi | "28 May Respublika Günü Münasibətilə" (tələbələri ilə) | - | Şahin Yəhyəzadə | |||||||||||
2017.06.11 | Azərbaycan, Bakı | Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı | "Yeni Səslər" (tələbələri ilə) | - | Şahin Yəhyəzadə və Zülfiyyə Sadıqova | |||||||||||
2017.11.06 | Azərbaycan, Bakı | Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı | "Gənc Ulduzlar" (tələbələri ilə) | - | Şahin Yəhyəzadə və Zülfiyyə Sadıqova | |||||||||||
2018.03.18 | Azərbaycan, Bakı | Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı | "Baharın səsi" (tələbələri ilə) | - | Şahin Yəhyəzadə | |||||||||||
2018.12.15 | Azərbaycan, Bakı | Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası | "Duet" (tələbələri ilə) | - | Şahin Yəhyəzadə | |||||||||||
2019.11.04 | İsveçrə, Bern | Bern Konservatoriyası | Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə konsert | - | Zülfiyyə Sadıqova |
2016-cı ildə öz adını daşıyan, illərdir gerçəkləşdirmək istədiyi Musiqi Mərkəzini yaradır. Sənətçinin əsas məqsədi tələbələrinə dərs keçmək üçün tədris yeri yaratmaq olur, lakin musiqi mərkəzi getdikcə böyük tələbə kütləsi ilə üz üzə qalır. Bu səbəbdən də əsasən Fidan Hacıyeva vokal sənəti və klassik musiqilərin tədris olunmasına xidmət edən mərkəzdə, əlavə olaraq caz, klassik estrada, fortepiano, saksofon, skripka və gitara ixtisasları da tədris olunur.[62] Mərkəzin adı 2017-ci il Avqustun 9-na qədər "Fidan Hacyevanın Musiqi Mərkəzi" adlanır. 2017-ci il 25 Fevralda Musiqi Mərkəzinin tədris zalında, Fidan Hacıyevanın tələbələri ilk dəfə konsert verir və konsert Xocalı soyqırımına həsr olunur. Tamaşaçı sayının az olmasına baxmayaraq, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Meri Krofts konsertin izləyiciləri sırasında olur.[63] 2017-ci il 28 Mayda Fidan Hacıyevanın tələbələrinin Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 99-cu il dönümünə həsr olunan, Zirə Mədəniyyət Mərkəzində, sayca ikinci, böyük auditoriya qarşısında isə ilk konsertləri reallaşır. Tamaşaçılar üçün sürpriz məqam Fidan Hacıyevanın tələbələri ilə konsertdə birgə çıxışlar etməsi və öz tələbələri ilə müxtəlif dillərdə duetlər və mahnılar oxuması olur. Bununla da o, öz tələbələrinin ilk karyera addımlarında onlara ən böyük dəstəyi vermiş olur. Hətda tələbələrinin opera ifası bacarıqlarını nümayiş etdirmək üçün bir tələbəsi ilə Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" operasından "Əskər və Gülçöhrənin ariyası"nı da ifa edir. Bu ifa ən uzun sürəli alqışlarla qarşılanır.[64][65][66][67] 2017-ci il 11 İyun tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Musiqi Mərkəzinin yaranmasının bir illiyi münasibətilə daha bir tələbələrdən ibarət "Yeni Səslər" adlı konsert proqramı tamaşaçılara təqdim olunur.[68] Bu konsert proqramı digər konsertlərdən tamaşaçı sayının daha çox olması ilə yanaşı ifalar və janrlarla da fərqlənir. Xüsusi ilə Elçin Əliyev adlı tələbəsinin Cakomo Puççininin "Turandot" operasından "Nessun Dorma" ariyasını ifa etməsi tamaşaçıları heyrətə gətirir.[69][70][71] Bununla yanaşı Nəzrin Həsənzadə adlı tələbəsinin Jorj Bizenin "Karmen" operasından "Habanera" ariyasını ifa etməsi Fidan Hacıyevanın opera davamçılarının olmasını bir daha sübuta yetirir. Daha bir opera parçasını Fidan Hacıyeva, tələbəsi Elçin Əliyevlə birgə ifa edir. Üzeyir Hacıbəyovun "Arşın mal alan" operasından "Əskər və Gülçöhrənin ariyası"nı ifa edən tələbə-müəllim cütlüyünün bu ifası tamaşaçılar tərəfindən xüsusi heyrətlə və ən uzun alqışlarla qarşılanır.[72][73][74][75][76][77][78]. 2017-ci il Avqustun 9-da mərkəzə direktor təyin olunan Fidan Hacıyevanın tələbəsi Elçin Əliyev bu tarixdən etibarən mərkəzi "Fidan Hacıyeva adına Vokal Musiqi Mərkəzi" adlandırır. Oktyabrın 3-də Elçin Əliyevin başlıca təşəbbüsü ilə musiqi mərkəzi "məktəb" statusu alır və o, məktəbin ilk direktoru vəzifəsinə təyin edilir.[79] Oktyabrın 20-də isə Elçin Əliyev: — "Mən artıq buradakı əsas vəzifəmi yerinə yetirdim!" deyərək, işləri məktəbdə çalışan vokal müəllimi Arzu Qurbanovaya təhvil verir, vəzifəsindən və məktəbdən ayrılır.
2017-ci il noyabrın 6-da Xalq Artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva rəhbərlik etdiyi musiqi məktəbinin tələbələri ilə birlikdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında konsert proqramı ilə çıxış edir. Konsertdə Vokal Musiqi Məktəbinin tələbələri öz istedadlarını nümayiş etdirirlər. Eyni zamanda, Fidan Hacıyeva tələbələri ilə birlikdə duet səsləndirir. Konsert proqramı dünya şöhrətli Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə sona çatır.[80]
2018-ci il martın 18-də — Novruz bayramı ərəfəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Fidan Hacıyevanın Vokal Musiqi Məktəbi "Baharın səsi" adlı ikihissəli konsert proqramını təqdim edir. Konsert proqramı həm iştirakçıların çıxışları, həm də səhnə dekorasiyası ilə salona əsl bahar ətri, təravəti gətirirlər. Sonda Fidan Hacıyevanın Vokal Musiqi Məktəbi kollektivinin birgə ifa etdiyi "Azərbaycan" mahnısını tamaşaçılar ayaq üstə alqışlara qarşılayırlar.[81]
2018-ci ilin oktyabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Fidan Hacıyeva və Vokal Musiqi Məktəbinin tələbələri birgə "Duet" adlı konsert proqramı ilə çıxış edirlər. Konsert barədə məlumat verən Xalq artisti Fidan Hacıyeva deyib: "Tələbələr yay uzunu bu konsertə ciddi hazırlaşıblar. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının qələmə aldığı əsərlər səsləndirilib. Konsertin iştirakçıları arasında 5 yaşından tutmuş ən müxtəlif yaşa qədər tələbələr var. Hətta tələbələrdən birinin 67 yaşı var. O, dünya və Avropa bəstəkarlıq məktəbi nümayəndələrinin bir neçə əsərini çox məharətlə ifa etdi. Konsert mənim üçün həm də ona görə əhəmiyyətli idi ki, vaxtilə həmin səhnədə Müslüm Maqomayev, Bülbül, Şövkət Ələkbərova kimi böyük sənətkarlar çıxış ediblər. Böyük sənət yolunda ilk addımlarını atan tələbələr üçün də bu, çox böyük başlanğıc idi. Mən belə kövrək, həssas və həm də duyğulu bir məqamda onların yanında olmağı özümə borc bildim ki, onlara dəstək olum özlərini itirməsinlər". [82]
2022-ci ilin noyabr 7-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin 5 illiyinə, qadınlardan ibarət "Mezzo" adlı ilk orkestrin isə 1 illik fəaliyyətinə həsr edilən konsert təşkil edilib. Konserti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyeva konserti dahi Üzeyir Hacıbəylinin "Sevgili canan" romansı ilə açıb. Xalq artisti Azərbaycan xalqının tarixində mühüm yer tutan 8 Noyabr — Zəfər Günündən danışıb və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Qələbə münasibətilə hər kəsi təbrik edib. Tədbir Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin və qadınlardan ibarət "Mezzo" adlı ilk orkestrin parlaq ifaları ilə davam edib. Fidan Hacıyevanın çıxışından ruhlanan məktəbin tələbələri bir-birinin ardınca səhnədə öz məharətlərini göstərdilər. Konsert proqramı Fidan Hacıyevanın istedadlı yetirmələrinin timsalında salona əsl Zəfər əhvali-ruhiyyəsi bəxş edib.[51]
Fidan Hacıyeva 2003-cü ildə İngiltərə vətəndaşı Filip Neylorla ailə qurub.[83] Onların 1 qızı və 2 oğlu var[84].