Fihi Ma Fih (fars. فيه ما فيه), ərəbcədə lüğəti mənası "nə varsa içindədir" olan, bir başqa mənada "nə varsa onun içində vardır" və ya "nə varsa onda vardır" mənasına gələn Mövlana Cəlaləddin Ruminin bir əsəridir.
"Fihi ma fih" əsərinin adı əlyazma nüsxələrində"Əsrarı-cəlil", "Əsrarül-cəlaliyyə", "Kitabün-nesaih li-cəlaləddin", "Risaleyi-Sultan Vələd" olaraq bilinir. "Fihi ma fih"in mənası "içindəkilər içindədir, ondakı ondadır, nə varsa ondadır" kimi mənalara gəlir.
"Fihi ma fih" əsəri Mövlananın müxtəlif məclislərdə etdiyi söhbətlərin, soruşulan suallara verdiyi cavablar hələ sağlığında oğlu Sultan Vələd və müridləri tərəfindən toplanaraq vəfatından sonra meyadana gələn əsərin adı əlyazma nüsxələrində Əsrarı-cəlil, Əsrarül-cəlaliyyə, Kitabün-nesaih li-cəlaləddin, Risaleyi-Sultan Vələd kimi fərqli şəkillərdə göstərilmişdir. Əsər sonrakı dövrlərdə daha çox Fihi Ma Fih adıyla tanınmışdır. "İçindəkilər içindədir, ondakı ondadır, nə varsa ondadır" kimi mənalara gələn bu ifadənin Mühiddin İbnül-Ərəbinin "El-Fütuhatül-Mekkiye" sində yer alan "Kitabün Fihi Ma Fih" ifadəsindən ilham alındığını söyləyənlər var. Əsər nəşr edən Bediüzzaman Füruzanfər, Məsnəvidə yer alan "Yer və göy nur ilə doldu, onların hamısı makalatda söylənmiş oldu" misrasındakı(V, beyit 2684) "makalat" ifadəsiylə bu əsərə işarət etdiyini irəli sürmüşdür. Əsər əsl mənəviyyat və irfan xəzinəsidir. Kitab 75 bölümdən ibarətdir. Bu bölümlərin 6-sı ərəbcə, digərləri farsca qələmə alınmışdır. Buradakı bölümlərin bir qismi Səlcuqlu vəziri Süleyman Pərvanəyə xitabən yazılmışdır. "Fihi ma fih"də ayət və hədislərlə yanaşı təsəvvüfi mənqibələr, klassik Şərq hekayələri, əfsanələr və nağıllardan məxəz olaraq istifadə edilmişdir. Əsərdə Mövlananın təfəkkür tərzi, dünyagörüşü, din və insanlıq haqqındakı düşüncələri yer alır. Xüsusilə vəhdət-kəsrət, zühur, təcəlli, mütləq varlıq, kainat, fələklər, dünya, axirət, əxlaq, nəbi, vəli, insanı-kamil, ilahi eşq kimi təsəvvüfi mövzular işlənmişdir. Əsərdə Monqolların zülmündən bəhs edilir və məğlub olacaqlarına işarət edilmişdir. Əsərdə bəzi siyasi hadisələrə toxunulduğuna görə tarixi bir məxəz olaraq da qəbul edilir. İngilis, Alman və Fransız dilləri ilə Məsnəvi qədər Qərb mütəfəkkirlərinə dərindən təsir edən Fîhi Mâ Fîh əsəri, İslamı sevdirməyə xidmət etmiş və bir çox insanın hidayət olunmasında vəsilə olmuşdur və olmaqda davam edir.