Fikrət Bəşirov

Fikrət Nurşirivan oğlu Bəşirov (1 yanvar 1980; Şahağac, Astara rayonu, Azərbaycan SSR – 14 yanvar 2017; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Fikrət Bəşirov
Fikrət Nurşirivan oğlu Bəşirov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şahağac, Astara rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (37 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri Şahağac
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Fidan Hüseynova
Uşağı Hacınisa Bəşirli
Atası Nurşirivan Bağırov (1943–2020)
Anası Hacınisa Bağırova (1944–2010)
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2014–2017
Rütbə Əsgər
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Fikrət Bəşirov 1 yanvar 1980-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olub. Fikrət Bəşirovun şəhid olmadan 3 gün əvvəl qız övladı dünyaya gəldi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Fikrət Bəşirov 2017-ci ildə, yanvarın 14-dən 15-nə ötən gecə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində Füzuli rayonu istiqamətində şəhid olub. Yanvarın 15-i isə Fikrət Bəşirov doğulduğu Astara rayonunun Şahağac kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Bəşirov uğrunda şəhid olduğu torpağa tapşırıldı.[1]

Fikrət Bəşirov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi. Yaşadığı Astara rayonunun Şahağac kəndində şəhidimizin adını əbədiləşdirilməsi üçün plakatı qoyulub. Doğulduğu Astara rayonu Şahağac kəndində yeni inşa olunan bulaq kompleksində şəhidimiz Fikrət Bəşirovun xatirəsi əbədiləşdirilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Oxu.az. "Şəhid Fikrət Bəşirov dəfn edilib – FOTO" (az.). Oxu.az. 15.01.2017. 2023-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2023.