Fikrət Məmmədov (general)

Fikrət Məmmədov (9 dekabr 1961, Lənkəran15 may 2002, Gədəbəy)— Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Üçüncü Ordu Korpusunun komandiri, "Qırmızı Ulduz", "Azərbaycan Bayrağı" ordeni kavaleri.

Fikrət Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (40 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1980- 2002
Rütbəsi General-mayor
Təltifləri "Azərbaycan Bayrağı" ordeni "Qırmızı ulduz" ordeni

Fikrət Seyfulla oğlu Məmmədov 9 dekabr 1961-ci ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə Lənkəran şəhər 4 saylı beynəlmiləl orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz və neft istehsalı fakültəsinə daxil olub. Lakin, institutun II kursunun birinci semestrini bitirən Fikrət Məmmədov sənədlərini geri götürüb. Bir müddət Lənkəran 7 saylı avtobazada çilingər işləyib və 1980-ci ildə Bakı Ali Komandirlər məktəbinə daxil olub. 1985-ci ilin avqust ayından Əfqanıstan Demokratik Respublikasında desant qırıcı taqım komandiri, desant qırıcı bölük komandiri vəzifələrində xidmət edən Fikrət Məmmədov 1990–1993-cü illərdə Moskvada M. Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1993-cü ildən Azərbaycan Ordusunun tərkibində birbaşa cəbhəyə yollanıb və briqada komandiri təyin olunub. 1998-ci ilin mayında isə Fikrət Məmmədova general-mayor rütbəsi verilməklə Üçüncü Ordu Korpusunun komandiri vəzifəsinə təyinat alıb. Vətənin müdafiəsində göstərdiyi "Qırmızı Ulduz" ordeni"Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. General-mayor Fikrət Məmmədov 2002-ci il mayın 15-də xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında faciəli şəkildə həlak olub. II Fəxri Xiyabanda dəfn olunub.

Fikrət Məmmədovun əbədiləşdirilməsi üçün Lənkəranda şəhərin mərkəzi küçələrindən birinə onun adı verilib. Oxuduğu Lənkəran şəhər 4 nömrəli hümanitar təmayüllü məktəb-liseydə tunc büstü qoyulub, doğulduğu evə isə xatirə lövhəsi vurulub.