Fikrət İsrafil oğlu Sideifzadə[2] (doğ. 24 aprel 1952, Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, beynəlxalq usta.[3] Qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının kapitanı.[4]
Fikrət Sideifzadə | |
---|---|
Ölkə |
SSRİ → Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ |
Təhsili | |
Titulu | beynəlxalq usta[1] |
Son reytinqi | 2391 (dekabr 2018)[1] |
Maksimal reytinqi | 2445 (yanvar 1992)[1] |
FİDE nömrəsi | 13400150 |
Mükafatları |
Fikrət Sideifzadə 24 aprel 1952-ci ildə[3] Bakının Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 97 və 226 sayı məktəblərdə almışdır. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirmişdir.
Şahmat oynamağa altı yaşından başlamışdır. 1960-cı illərin əvvəllərində şahmatla məşğuliyyətini keçmiş Qaqarin adına Pionerlər Sarayında (indiki Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayı) davam etdirmişdir. Məktəblilərdən ibarət Azərbaycan yığma komandasının heyətində müxtəlif yarışlarda iştirak etmişdir. 14 yaşında Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının heyətində oynamışdır. Ardından böyüklər arasında şahmat yarışlarına qatılmış, dəfələrlə Bakı və 5 dəfə Azərbaycan SSR çempionatının (1974, 1976, 1977, 1979, 1984)[3] qalibi olmuş, SSRİ idman ustası, beynəlxalq usta adını almışdır. Müxtəlif Ümumittifaq yarışlarında, SSRİ çempionatlarında Azərbaycanı təmsil etmişdir. "Lokomotiv" klubunun heyətində iki dəfə SSRİ çempionu, "Dinamo"nun tərkibində bürünc mükafatçısı olmuşdur. Bunlardan əlavə, SSRİ-nin "Lokomotiv" klubunun heyətində Sofiyada keçirilmiş dəmiryolçuların yarışında dünya çempionu olmuşdur. 1992-ci ildən isə məşqçilik fəailiyyətinə keçən Fikrət Sideifzadə Azərbaycanın qadınlardan ibarət yığma komandasının, 1996-cı ildən isə bütün yığmaların baş məşqçisi təyin olunmuşdur. 2014-cü ildən FİDE hakimidir.
Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə "Əməkdar məşqçi", "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adlarına layiq görülmüşdür. 2012-ci ildən isə prezident təqaüdçüsüdür.[2]