Fiktiv kapital

Fiktiv kapital (Artificial capital, Fictitious capital) - Sahiblərinə müntəzəm gəlir  gətirən və qiymətli kağızlar bazarında real kapitaldan fərqli olaraq müstəqil hərəkət edən qiymətli kağızlarda (səhmlərdə, istiqrazlarda və s.) təqdim edilmiş kapital. Başqa sözlə, real kapitaldan (pul və ya avadanlıq formasında olan) fərqli olaraq dəyər deyil, yalnız gəlir almaq hüququnu ifadə edən kapitaldır. Fiktiv kapital sənaye kapitalının hərəkəti prosesində heç bir funksiyanı yerinə yetirməyərək, dəyərin və izafi dəyərin yaradılması prosesində iştirak etməyərək, sahibinə izafi dəyər əldə etmək hüququ verir. Beləliklə, fiktiv kapitalın hərəkəti fond bazarının fəaliyyət göstərməsinin əsasında durur. Tarixi baxımdan fiktiv kapital istehsaldan borc kapitalının təcrid edilməsi ilə və kredit sistemini təşkil edən xüsusi təsisatların əmələ gəlməsi zəminində yaranmışdır. Fiktiv kapitalın real kapitaldan ayrılması borc kapitalı əsasında baş verir, bunun nəticəsində borc kapitalı sahibinin əlində mülkiyyət titulu qalır, real olaraq isə bu kapitala fəaliyyətdə olan sahibkar sərəncam verir.[1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.86