File Explorer (ingilis dilindən tərcümədə fayl tədqiqatçısı, əvvəlki adı ilə Windows Explorer) — Windows əməliyyat sisteminin standart fayl meneceri və masaüstü mühiti. Bu proqram vasitəsilə kompüterdə saxlanılan bütün qovluq və fayllara baxmaq, yerlərini və adlarını dəyişmək, silmək mümkündür. Windows Explorer proqramının tətbiqi qurğular və fayllarla aparılan əməliyyatları sadələşdirir və əyani edir.
Windows File Explorer | |
---|---|
Tipi | Fayl meneceri, masaüstü mühiti |
Tərtibatçı | Microsoft |
Əməliyyat sistemi | Microsoft Windows |
Sonuncu versiya | 24H2 |
Windows 8-dən etibarən Windows Explorer əvəzinə File Explorer adından istifadə edilməyə başlanıb.[1]
Windows haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |