Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Komponentlərin obyekt modeli (ing. Component Object Model) – kom – Windows mühitində obyektlərin qurulması və qarşılıqlı əlaqəsi üçün texnoloji standart.[1]
1993-cü ildə Microsoft korporasiyası tərəfindən hazırlanmışdır. COM texnologiyası proqram təminatının qurulmasında hazır proqram komponentləri (hər biri eyni vaxtda bir çox proqramlarda istifadə edilə bilər) arasında qarşılıqlı əlaqələrin ümumiləşdirilmiş bir üsulla həyata keçirilməsi üçün yaradılmışdır; onun köməyi ilə proqram təminatının bir komponenti öz xidmətlərini digər hissəyə (komponentə) təqdim edir. Proqram təminatının istənilən komponenti COM obyektləri şəklində reallaşır. Hər bir obyekt bir və ya bir neçə interfeys təqdim edir, interfeys isə metodlardan (müəyyən əməliyyatı yerinə yetirən prosedur, yaxud funksiyalardan) ibarətdir.[1]