Flip (Fransız dili: Philippe Léopold Louis Marie, Holland dili: Filip(s) Leopold Lodewijk Maria; d. 15 aprel 1960, Belvedere qalası, Laeken yaxınları) — II Albert və Kraliça Paolanın böyük oğlu. VII Belçika kralı.
Filip | |
---|---|
fr. Philippe de Belgique nid. Filip van België | |
Doğum tarixi | 15 aprel 1960[1][2][…] (64 yaş) |
Doğum yeri | |
Atası | II Albert (Belçika kralı) |
Anası | Kalabriyalı Paola (Belçika kraliçası)[2] |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, zabit, monarx |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Flip , 1978–1981-ci illərdə Belçika Kral Hərbi Akademiyasında təhsil almışdır. 26 sentyabr 1980-ci ildə ona baş leytenant rütbəsi verilmişdir. Flip bundan sonrakı təhsilini, Oksfordda Triniti Kollecində davam etdirdi vəKaliforniya ştatının Stanford Universitetindəki aspirantura məktəbinə qatıldı və Siyasət elmləri dərəcəsi ilə 1985-ci ildə məzun oldu.
4 dekabr 1999-cu ildə Şahzadə Filipp Mathilde d'Udekem d'Acoz ilə, Brüsseldə Saint Michel kafedralında evləndi. Cütlüyün 4 övladı var.
20 ildir ki, Belçika Kraliyyət taxtında oturan atası Kral II Albert, Belçikanın müstəqillik günündə taxtını oğluna, Şahzadə Filippə verəcəyini açıqladı.[4]
Flip, 21 iyul 2013-cü il tarixində Belçikanın Kralı elan edildi.[5]