Filipp Zimmermann (Philip R. Zimmermann) — (12 fevral 1954) — dünyanın ən çox istifadə edilən e-poçt şifrləmə proqramı Pretty Good Privacy (PGP) yaradıcısıdır. O, VoIP şifrləmə protokollarında, xüsusilə də ZRTP və Zfone ilə işləyir. Zimmermann, qlobal şifrli kommunikasiya şirkəti Silent Circle-in həmtəsisçisi və baş alimidir.
Filipp Zimmermann | |
---|---|
ing. Philip R. Zimmermann | |
Doğum tarixi | 12 fevral 1954 (70 yaş) |
Elm sahəsi | kriptoqrafiya |
Təhsili |
|
philzimmermann.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Filipp Zimmermann 12 fevral 1954-cü ildə Camden şəhərində anadan olmuşdur. Atası beton qarışdırıcı yük maşını sürücüsü idi. Filipp Zimmermann 1978-ci ildə Boca Ratonda Florida Atlantik Universitetindən kompüter elmləri üzrə dərəcə alıb və bundan sonra San Fransisko Körfəzi ərazisinə köçdü. 1980-ci illərdə, Zimmermann, Boulder şəhərində bir proqram mühəndisi olaraq çalışmış və hərbi siyasət analitiki olaraq Nüvə Silahları Dondurma Kampaniyasının bir hissəsi olmuşdur.
Amerikalı proqramçı Filipp Zimmermann 1991-ci ildə o, elektron formada təsvir edilən informasiya üzərində şifrləmə əməliyyatlarını yerinə yetirməyə imkan verən PGP (Pretty Good Privacy) proqramını yaratmışdır. Zimmerman Beynəlxalq Kriptoqrafik Araşdırmalar Assosiasiyasının (International Association of Cryptologic Research), Kompüter Assosiasiyasının (Association for Computing Machinery) və Proqramlaşdırma Azadlığı Liqasının (League for Programming Freedom) üzvüdür.