İsrail–Filippin — İsrail Respublikası və Filippin arasındakı mövcud müasir və tarixi ikitərəfli siyasi, mədəni, iqtisadi, hərbi və s. əlaqələr.
İsrail–Filippin münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İki ölkə arasında tam diplomatik münasibətlər 26 fevral 1958-ci ildə Dostluq Müqaviləsi imzalandıqdan sonra quruldu. 1962-ci ildə İsrailin Maniladakı səfirliyi[1] və Filippin Təl-Əvivdəki səfirliyi açılır. İsrailin Filippindəki səfiri Efraim Ben-Matityahudur.
Filippin 1947-ci ildə İsrail Dövlətinin yaranmasına səbəb olan Fələstinin bölünməsi barədə BMT-nin 181 saylı qətnaməsinin lehinə səs verdi. Filippin İsrailin qurulmasını dəstəkləyən 33 ölkədən biri və qətnaməyə səs verən yeganə Asiya ölkəsi olur[2]. İsrail və Filippin 1957-ci ildə tam diplomatik münasibətlər qururlar[3][4]. 1962-ci ildə Təl-Əviv və Manilada səfirliklər açılmışdır. 1997-ci ildə hər iki ölkənin xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi dialoq qurmaq üçün Anlaşma Memorandumu imzalandı. Siyasi dialoq ticarət, iqtisadiyyat, mədəniyyət, texniki yardım, elm, akademik mübadilə, turizm və s. sahələrdə əməkdaşlıqla müşayiət olunur.
28 noyabr 2007-ci ildə Knesset İsrail Dövlətinin qurulmasının 60 illiyini qeyd edərkən BMT-nin № 181 Qətnaməsini dəstəkləyən 33 ölkəyə təşəkkür etdi. Yanvarın 27-ni illik Holokost anım günü kimi qeyd edən BMT qətnaməsi Filippin də daxil olmaqla bir qrup ölkə tərəfindən təbliğ edildi[5]. 2012-ci ilin oktyabr ayında vitse-prezident Jayomar Binay İsrailə beş günlük səfər etdi. Bu müddətdə prezident Şimon Peres ilə Qüdsdə görüş baş tutur[6].
2014-cü ildə xarici işlər naziri Alberto del Rosario İsrailə səfər edir. İsrailli həmkarları ilə ölkəsində kənd təsərrüfatının inkişafını müzakirə edirlər. 2–5 sentyabr 2018-ci ildə Filippin Prezidentinin 1957-ci ildə ikitərəfli diplomatik münasibətlər qurulmasından bəri İsrailə ilk səfəri reallaşdı. Rodriqo Duterte Baş nazir Benyamin Netanyahunun dəvəti ilə Yəhudi dövlətinə səfərə gəlir. Onunla görüşdən əlavə Duderte və Filippin icmasının nümayəndələri Prezident Reuven Rivlin ilə də görüşdü, Yad Vaşem xatirə kompleksini ziyarət etdi. Danışıqlarda filippinlilərin İsraildə məşğulluğu, turizm, ticarət, kənd təsərrüfatı, terrorizm və silahlı mübarizə sahələrində ikitərəfli əməkdaşlıq mövzuları müzakirə edildi[7][8][9][10].
İsrail və Filippin arasındakı ticarətin həcmi artmaqda davam edir, lakin İsrail ilə Avropa və ya Amerika ölkələri arasındakı ticarət səviyyəsi ilə müqayisədə əhəmiyyətsiz olaraq qalır. İsrailin Filippinə ixracı oradan idxal ilə müqayisədə yüksəkdir. 2007-ci ildə İsrailin ixracı 248.448.918 ABŞ dolları, Filippinin İsrailə ixracatı isə 33.929.631 ABŞ dolları təşkil etmişdir. Elektronika iki ölkə arasındakı ixrac mübadiləsinin əsas qayəsi olaraq qalır[11].
2004-cü ildə İsraildə 37155 ilə 50.000 arasında filippinli işə götürüldü[12][13].
2013-cü ilin iyununda Filippin Spyder hava hücumundan müdafiə sistemləri və "Dəmir Qübbə" zenit raketləri almağa maraq göstərdi.
2014-cü ilin yanvar ayında Filippin Silahlı Qüvvələri 28 İsrail zirehli texnikasının alınmasına razılıq verdi[14].
Filippinin İsraildə istehsal olunan müxtəlif silahlardan məsələn:Qalil və TAR-21 odlu silahlarından və artilleriyadan istifadə etdiyi bilinir.
2018-ci ilin aprel ayının sonunda İsrail dövlət müdafiə konserni "Rafael" tərəfindən istehsal olunan Spike ER raketləri Filippinə təhvil verildi. Bu raketlər yeni çox məqsədli desant katerləri üçün nəzərdə tutulur[15].