Filippin mətbəxi

Kare-kare

Filippin mətbəxi — çoxmillətli Cənubi Asiya dövləti olan Filippin mətbəxi.

Filippin mətbəxinin formalaşmasına ölkənin yerləşdiyi coğrafi mövqe də təsirini göstərib. Adanın sahillərini yuyan dənizlər Filippin süfrəsinə su aləminə məxsus nemətləri, xüsusən də tunes və skat balığını gətirir. Asiyanın bütün ölkələrində yetişdirilən düyü burada da önəmli yer tutur. Məşhur xörəklərindən buğda unu və yumurtadan hazırlanan «Pansit kanton»u xüsusi qeyd etmək lazımdır. Bu ölkədə əti müxtəlif üsullarla hazırlayırlar. Onlardan biri adobedir (əti soya sousu, sarımsaq və istiotla sirkədə saxlayır sonra da qızardırlar). Hər bir əyalətdə adobeyə yerli inqredient əlavə edilir. Məsələn, bu, kokoslu qaymaq və ya sarıkök ola bilər.

Filippinlilərin "Leçe flan" adlanan məşhur desertinin tərkibi yumurta sarısı və süddən ibarətdir. Ölkənin mətbəxinə daxil olan xörəklər sırasında "Leçon manok" (qril toyuq), "Kare-kare" (mal əti və yerfındıqlı qatı şorba), "Kinilaun"un (sirkə və ya soğan, tomat və ədviyyatlı kokos südündə ət) adını çəkmək olar.