Filippin (filip. Pilipinas; ing. Philippines) və ya rəsmi adı ilə Filippin Respublikası (filip. Republika ng Pilipinas; ing. Republic of the Philippines) — Cənub-şərqi Asiyada ada-dövlət. Filippin Sakit okeanda yerləşir və ölkə qərbdən Cənubi Çin dənizi, şərqdən Filippin dənizi, cənub-qərbdən Sulavesi dənizi ilə əhatə olunmuşdur. Şimaldan Tayvan, şimal-şərqdən Yaponiya, şərqdən Palau, cənubdan İndoneziya, cənub-qərbdən Malayziya və Bruney, qərbdən Vyetnam, şimal-qərbdən isə Çinlə su sərhəddinə malikdir. Paytaxtı Manila, ən böyük şəhəri Keson, ümumi sahəsi 300,000 kvadrat kilometr, əhalisinin sayı 105 milyon nəfərdən çoxdur. Filippin şimaldan cənuba doğru Luson, Visay və Mindanao adaları başda olmaqla 7641 adadan ibarətdir.
Filippin | |||||
---|---|---|---|---|---|
Republika ng Pilipinas Republic of the Philippines | |||||
| |||||
Maka-Diyos, Makatao, Makakalikasan, at Makabansa» | |||||
Himn: Lupang Hinirang Seçilmiş Torpaq |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Manila | ||||
İdarəetmə forması | respublika | ||||
Sahəsi | |||||
• Ümumi | 300000 km² | ||||
Əhalisi | |||||
• Əhali | 105.000.000 nəfər | ||||
Valyuta | Filippin pesosu | ||||
İnternet domeni | .ph | ||||
ISO kodu | PH | ||||
BOK kodu | PHI | ||||
Telefon kodu | +63 | ||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Filippin dövləti Asiyanın cənub-şərqində, Malay arxipelaqına daxil olan Filippin adalarında yerləşir. Filippin dövlətinə mənsub olan 7100-dən çox adanın ən iriləri Luson, Mindahao, Samar, Panay, Palavan, Neqros, Mindoro, Sebu, Leyte adası və Boxol adalarıdır. 860 adada məskunlaşma vardır. Filippin arxipilaqının şimaldan cənuba doğru uzunluğu 2000 km, qərbdən şərqə doğru 900 km.-dir. Arxipelaqın qərb sahillərini Cənubi Çin dənizinin, şərqdə Filippin dənizinin, cənubda Sulavesi dənizinin suları yuyur, şimalda Filippin arxipelaqını Tayvan adasından Başi boğazı ayırır. Filippin adalarının ən şimal nöqtəsi Batanes adası, ən cənub nöqtəsi Sibutu adası, ən qərb nöqtəsi Balabak adası, ən şərq nöqtəsi Mindanao adası dır. Sahil xətlərinin uzunluğu 36,3 min kv. km.-dir. Adaların ümumi sahəsi 299,7 min kv. km.-dir.
Paytaxtı Manila şəhəridir. Şimalda Tayvan, cənubda Malayziya və İndoneziya, şərqdə Sakit okean, qərbdə isə Cənubi Çin dənizi ilə həmsərhəddir. Sahəsi 300 min kvadrat kilometrdir. Əhalisi 81 milyon nəfərdir. Onların çoxu filippinlilərdir. Əhalinin 43%-i şəhərlərdə yaşayır. Rəsmi dili Filippin dili dir. İspan dili və ingilis dili də istifadə olunur. İqlimi subekvatorial və tropikdir. İyundan sentyabradək yağışlar yağır. Orta illik temperatur yay və qışda +27 dərəcədir. Ən iri adaları 75%-i yayla və dağ massivlərindən ibarət olan ərazi 74 əyalətə bölünüb. Filippinlər Respublikası aktiv seysmoloji zonada yerləşir. Fəaliyyətdə olan və sönmüş vulkanların sayı 50-ə yaxındır. Çayları itiaxandır. Pul vahidi pesodur[4]. Mindanao adasında Müsəlman Mindanao Muxtar Bölgəsi fəaliyyət göstərir.
V əsrdən başlayaraq müasir Filippinin ərazisində müxtəlif xalqların və mədəniyyətlərin qovuşmasından yaranmış sivilizasiya formalaşmışdır. Adaların neqritlərdən və aetlətdən ibarət yerli əhalisi tarixəqədər dövrdə adaların geniş ərazilərinə yayılsalar da, nəhayət, sıx meşələrə çəkildilər. Sonralar, adalarda Tayvan vasitəsilə Cənubi Çindən gələn və avroneziya dillərində tayfalar məskunlaşdılar. VIII əsrdə bu ərazilərdə Çin tacirləri daha tez-tez görünürdülər. VV_XVII əsrlərdə hind-malay dəniz krallığına daxil olan Filippinə 1521-ci ildə gələn Fernando Magellan yerli tayfalarla toqquşmalardan birində öldürülmüşdür.
XIV əsrdə Filippin ərazisinə ərəblər gəldilər. Filppinin şimalındakı adalara (indiki Manila ərazisinə) ilk Avropalılar gələnədək Cənub-şərqi Asiyada yerləşən Şrivicay krallığına xərac ödəyən, eyni zamanda müstəqil daxili idarəetmə səlahiyyətlərinə malik racə tərəfindən idarə olunurdu.
1521-ci ildə Fernando Magellanın başçılığı ilə ispan ekspedisiyası Filippin sahillərinə çıxdı. 27 aprel 1565-ci ildə ispan konkistadoru Migel de Laqaspi 400 nəfər silahlı əsgərin müşaiyəti ilə adaya gəldi və ilk ispan yaşayış məntəqəsinin — San Migel yaşayış məskəninin əsasını qoydular. Sonralar ispanlar adanı İspaniya kralı II Filippin şərəfinə Filippin adlandırdılar. Bu ərazi Yeni İspaniyanın vitse-kralına tabe edildi. Əhalisi əsasən müsəlman olan qiyamçı cənub əyalətləri istisna olmaqla, digər ərazilərdə ispan dili və katolik dini geniş yayıldı.
1762-ci ildə ağır döyüşlərdən sonra Manila şəhəri Böyük Britaniyanın müstəmləkə ordusu tərəfindən işğal edilsə də, növbəti il həmin ərazilər İspaniyaya qaytarıldı. XVIII əsrin sonlarında Filippində separatizm hərəkatı genişləndi. Müsəlmanlar və yerli Çin diasporu İspaniya əleyhinə mübarizəni gücləndirdilər.
Sebu Filippininlər böyüklüyünə görə ikinci şəhəri və eyniadlı adanın paytaxtıdır. Əsası 1565-ci ildə qoyulub. Onun kəşfi 1521-ci ldə gəmisi burada lövbər salmış Fernando Magellanın adı ilə bağlıdır. Dünya qoruğu hesab olunan Palavan adasına da baş çəkməyiniz məsləhətdir. Burada uzunluğu səkkiz kilometr olan yeraltı çay vasitəsilə birləşən mağaralar çox diqqət çəkir. Adanın mərkəzində timsah ferması fəaliyyət göstərir. Zamboanqo şəhəri Filippinlər arxipelaqında ən romantik və maraqlı məkanlardan biri hesab olunur. Maniladan 250 km şimalda, yumşaq iqlimi və təmiz havası ilə seçilən dağ kurortu Bagio yerləşir. Bu şəhər dəniz səviyyəsindən 1525 m yüksəklikdədir və ölkənin yay paytaxtı sayılır. Borakaysa dünyanın ən gözəl adalarından biridir. O, eni 50 m, uzunluğu 4 km olan "Ağ çimərliyi" ilə məşhurdur.[4]