Filippinin dövlət quruluşu

Filippinin dövlət quruluşu - 1987-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.

Filippinin dövlət quruluşu
Republika ng Pilipinas
Republic of the Philippines
Bayraq Gerb
Bayraq Gerb
Maka-Diyos, Makatao, Makakalikasan, at Makabansa»
Himn: Lupang Hinirang
Chosen Land
Paytaxt Manila
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1898) - 12 iyunda qeyd olunur. 11 fevral 1987-ci ildən qüvvədə olan ölkə Konstitusiyasına görə Filippinin idarəetmə sistemi Prezident hakimiyyətinin ABŞ modelinə uyğundur.

İnzibati ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

Filippin 3 adalar qrupunda (Luson, Visay və Mindanao) birləşən 17 regiona (İlokos, Kaqayan, Mərkəzi Luson, Kalabarson, Mimaropa, Bikol, Kordilyer inzibati regionu, Qərbi Visayi, Mərkəzi Visayi, Şərqi Visayi, Zamboanqa yarımadası, Şimali Mindanao, Karaqa, Davao, Sokksksarxen və Müsəlman Mindanao regionu), 80 əyalətə, 1494 bələdiyyəyə, 140 şəhərə və 41995 baranqaya (məntəqə) bölünür [1].

Dövlət başçısı

[redaktə | mənbəni redaktə et]

Prezident dövlətin və hökumətin başçısı, silahlı qüvvələrin ali baş komandanıdır. İcra hakimiyyətini həyata keçirən Nazirlər Kabinetinin üzvləri Təyinat Komissiyasının razılığı ilə ölkə Prezidenti tərəfindən təyin edilir. Dövlət başçısı və dövlətin idarəetməsində ona bilavasitə köməklik edən vitse-prezident azad, bərabər və gizli seçkilərdə ümumxalq səsverməsi yolu ilə 6 il müddətinə seçilirlər.

Prezident icra hakimiyyətinin bütün departament, büro və xidmətlərinin idarə edilməsində, habelə qanunların icrasının təmin olunmasında səlahiyyətlidir. Bundan əlavə, dövlət başçısı Konqresin əksər üzvlərinin razılığı ilə amnistiya aktını imzalaya və dövlətin səlahiyyətli nümayəndəsi olaraq Senatda ratifikasiya olunan müqavilələri bağlaya bilər.

Qanunverici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Qanunverici orqan olan Konqres 2 palatadan – 24 yerlik Senatdan və 286 yerlik Nümayəndələr Palatasından ibarətdir. Senata üzvlər proporsional nümayəndəlik sistemi üzrə 6 il müddətinə seçilir. Senatın ½-i hər 3 ildən bir yenilənir. Nümayəndələr Palatasının üzvləri ümumxalq səsverməsi yolu ilə 3 il müddətinə seçilirlər. Palatanın 229 üzvü bir mandatlı dairələr üzrə seçilir, digər deputatlar isə (hazırda 24 üzv) mürəkkəb partiya siyahıları sistemi üzrə dövlət başçısı tərəfindən təyin edilirlər.

Hər iki Palatanın üzvləri icraedici hakimiyyətə sorğu ilə müraciət etməkdə bərabər hüquqlara malik olsalar da, onların səlahiyyətləri arasında müəyyən fərqlər mövcuddur. Belə ki, maliyyə tutumlu qanun layihələri ilə bağlı təşəbbüs yalnız Aşağı Palataya, beynəlxalq müqavilə və sazişlərin ratifikasiyası isə Senata aiddir.

Ölkə Prezidenti Konqresdə qəbul edilən qanun layihələrinə veto qoymaq hüququna malik olsa da, Parlamentdə 2/3 səs çoxluğu ilə veto dəf edilə bilər.

Məhkəmə hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

15 üzvdən ibarət olan Ali Məhkəmə (eyni zamanda Konstitusiyaya nəzarət funksiyasını da həyata keçirir), Apelyasiya Məhkəməsi, regional məhkəmələr, Vergi Apelyasiya Məhkəməsi, habelə paytaxt və bələdiyyə məhkəmələri Filippində məhkəmə hakimiyyətini həyata keçirir.

Filippin

  1. Republic of the Philippines. National Statistics Office. "Population and Annual Growth Rates for The Philippines and Its Regions, Provinces, and Highly Urbanized Cities Based on 1990, 2000, and 2010 Censuses" (PDF). April 2012. 2018-12-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-04-04.