Filips stadionu - Niderlandın Eyndhoven şəhərində yerləşən və PSV klubunun ev oyunlarını keçirdiyi stadion.
Filips Stadionu | |
---|---|
Tam adı | Filips Stadionu |
Yeri | Eyndhoven, Niderland |
Təməli qoyulub | 1913 |
Tikilib | 1913 |
Açılış tarixi | 31 avqust 1913 |
Sahibi | PSV Eyndhoven |
Tamaşaçı tutumu | 35.000 |
Ev sahibi komanda | PSV Eyndhoven |
Ot örtüyü | ot |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Stadion Philips şirkəti tərəfindən tikilib, və firmanın adını daşıyır.[1][2] Stadionun tikintisinə 1913-cü ildə başlanılıb və elə həmin ildə rəsmi açılışı olub. Stadionun oturacaq sayı 1941-ci ilə qədər cəmi 300 nəfər olub. 1941-ci ildə isə oturacaq sayı 18.000-ə qədər artırılıb. Stadionda bugünkü oturacaq yerlərinin sayı 35.000-dir.[3]
Stadionda PSV Eyndhoven klubu ilə yanaşı Niderland millisidə bəzi oyunlarını keçirir. Stadionda tamaşaçı sayına görə rəsmi rekord 23 oktyabr 2005-ci ildə Niderland çempionatının PSV Eyndhoven ilə Ayaks komandaları arasında oynanılan görüşündə baş verib, bu oyunu izləmək üçün stadiona 34.700 tamaşaçı gəlib.[4]
Filips Stadionu Niderland və Belçikada keçirilən 2000-ci il Avropa çempionatının oyunlarının dördünə ev sahibliyi edib.[5] Bundan əlavə stadion 2006-cı il UEFA Kubokunun finalınada ev sahibliyi etmişdir.[6]
Tarix | Nəticə | Mərhələ | ||
---|---|---|---|---|
12 iyun 2000 | Portuqaliya | 3–2 | İngiltərə | A qrupu |
15 iyun 2000 | İsveç | 0–0 | Türkiyə | B qrupu |
19 iyun 2000 | İtaliya | 2–1 | İsveç | B qrupu |