Amsterdam Arena

Yohan Kroyf Arena (nid. Johan Cruijff Arena) — Hollandiyanın Amsterdam şəhərində yerləşən stadion. Ayaks futbol klubu bu stadiondan istifadə edir. 1997–2007-ci illər arasında Avropa Amerika Futbol Liqası (NFL) komandalarından biri olan "Amsterdam Admiralları" bu stadiondan istifadə edib.

Yohan Kroyf Arena
Johan Cruijff ArenA
Loqonun şəkli
Yuxarıdan görünüşü
Yuxarıdan görünüşü
Xəritə
Tam adı Johan Cruijff Arena
Yeri Arena Boulevard 29, Amsterdam, Niderland Niderland.
Təməli qoyulub 1993
Tikilib 1996
Açılış tarixi 14 avqust 1996
Tikinti xərcləri 140 milyon avro
Sahibi Amsterdam bələdiyyəsi
Tamaşaçı tutumu 53.346[1]
Ev sahibi komanda Ayaks AFK
Meydançanın ölçüləri 105 x 68 metr
Ot örtüyü təbii
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu stadionun tikilməsi ilk dəfə 1992-ci ildə Amsterdamın Yay Olimpiya Oyunlarına namizəd olduğu zaman gündəmə çıxmışdı. Amma bu haqqı Barselona şəhəri qazandıqdan sonra bu layihə unudulmuşdur. Daha sonra bu layihə yenə gündəmə gəlmiş və 1993-cü ildə stadionun təməli atılmışdır. Kraliça Beatriks stadionun açılışını 14 avqust 1996-cu ildə etmişdir.[2]

Stadionun loqosu

Stadionda futbol və Amerikan futbolu müsabiqələri, konsertlər də keçirilir. İçində həmçinin restoranlar, konfrans otaqları və azarkeşlərin tələblərini ödəyən digər müəssəsələr vardır.[3] Ən əhəmiyyətli xüsusiyyəti damının açılıb-bağlana bilməsidir. Tikilməsinə 96 milyon avro xərclənmişdir. Hazırkı dəyəri isə 140 milyon avro-dur. 2000-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmişdir. Stadionun ot örtüyü fırtına, yağış, qar kimi hadisələrə davamlıdır, amma dam bağlı olduğuna görə gün işığı görməyən otlar hər ay dəyişdirilməlidir. 8 dəqiqə ərzində boşaldıla bilən stadionda siqaret çəkmək qadağandır. UEFA-nın 5 ulduzlu stadionudur.[4] Maykl Cekson[5], Tina Torner, Devid Boui, Eminem, Robbi Vilyams, Selin Dion ve Madonna kimi müğənnilər burada konsert vermişdirlər.[6] 1998-ci ildə UEFA Çempionlar Liqasının finalı bu stadionda oynanmışdır. 2005-ci ildə məşhur futbol adamı Rinu Mişelsin ölümündən sonra ölümündən sonra Ayaks azarkeşləri bu stadionun Rinu Mişels stadionu olmasını istəmişdilər.

Avropa çempionatı - 2000

[redaktə | mənbəni redaktə et]
Tarix Nəticə Mərhələ
11 iyun 2000 Niderland Niderland 1–0 Çexiya Çexiya D qrupu
18 iyun 2000 Sloveniya Sloveniya 1–2 İspaniya İspaniya C qrupu
21 iyun 2000 Fransa Fransa 2–3 Niderland Niderland D qrupu
24 iyun 2000 Türkiyə Türkiyə 0–2 Portuqaliya Portuqaliya ¼ final
29 iyun 2000 Niderland Niderland 0–0 İtaliya İtaliya Yarımfinal
  1. "Arxivlənmiş surət". 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.
  2. "Arxivlənmiş surət". 2017-11-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.
  3. "Arxivlənmiş surət". 2008-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.
  4. "Arxivlənmiş surət". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.
  5. "Arxivlənmiş surət". 2010-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.
  6. "Arxivlənmiş surət". 2017-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]