Fillər (isp. Los Elefantes) — ispan sürrealist rəssam Salvador Dali tərəfindən çəkilmiş rəsm əsəri.[2]
Fillər | ||
---|---|---|
isp. Los Elefantes | ||
| ||
Rəssam | Salvador Dali | |
Tarixi | 1948 | |
Texnikası | Yağlı boya | |
Ölçüləri | 49 sm × 60 sm | |
Materialı | yağlı boya[d][1] | |
Saxlanıldığı yer | Şəxsi kolleksiya |
Fillərə Dalinin əsərlərində tez-tez rast gəlinir. Onun "Bir narın ətrafında uçan arının səbəb olduğu yuxudan oyanmadan bir saniyə əvvəl", "Müqəddəs Antoninin cazibəsi" və "Filləri əks etdirən qu quşları" əsərlərində fillərə rast gəlinir. "Fillər" sadə arxa fona sahib olması və digər mövzuların çatışmazlığı ilə Dali tərəfindən çəkilmiş heyvanların əsas fokus nöqtəsi olduğu digər əsərlərdən fərqlənir. Belə ki, Dalinin bir çox əsərlərində çoxlu detallar və maraq nöqtələri mövcuddur. Məsələn, "Filləri əks etdirən qu quşları" əsəri "Fillər" ilə müqayisədə Dalinin repertuarında daha çox tanınır.[3] Leyləkayaqlı fil Dalinin yaradıcılığında ən məşhur simvollardan biridir və İspaniyada yerləşən Dali muzeyinin divarlarını bəzəyir.[4]
Fillərin müxtəlif mədəni təsvirləri vardır. Onlar tez-tez iri cüssə və çəkilərinə görə güc və üstünlük simvolu kimi qəbul edilir. Dali bu ənənəvi düşüncələrə əks olaraq fillərin ayaqlarını uzun, incə və hörümçəklərə bənzər şəkildə təsvir etmişdir. Hətta bir dəfə bu "arzuların birləşmiş, görünməz ayaqları" kimi xarakterizə edilmişdir. Dali fillərin daha güclü görünməsini təmin etmək üçün onları arxalarında iri obelisklər daşıyarkən təsvir etmişdir.
Halbuki əsərə daha yaxından baxdıqda bu yüklərin onlardan ayrı olduğu görünür. Dalinin fillərin arxasında obeliskləri təsvir edərkən Covanni Lorenso Bernininin heykəltaraşlıq fəaliyyətinə aid olan Romadakı qədim obelisklərdən birini filin daşımasından ilhamlandığı deyilir.[5] Rəssamın digər insanlarla ünsiyyətində bir neçə dəfə bunu deməsi xatırlanır və buna görə də, məlumatı etibarlı saymaq olar.
"Fillər" xəyali gerçəklik hissi yaradan sürrealist yaradıcılığının yaxşı nümunələrindən biridir. Bir tənqidçi izad edir ki, "Filin quruluşu ilə çəkisizlik fikrinə zidd olan uzun, incə və əyri ayaqları kosmosdakı bir təhrifdir".