Covanni Lorenso Bernini

Covanni Lorenso Bernini (Gian Lorenzo Bernini, it. Giovanni Lorenzo Bernini; 7 dekabr 1598, Neapol - 28 noyabr 1680, Roma) — məşhur italyan heykəltaraşı, rəssam və memarı. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri. Öz atasının, Pyetro Bernininin şagirdi olmuşdur. Eyni zamanda, rəssam və memar kimi də fəaliyyət göstərmişdir.

Covanni Lorenso Bernini
it. Giovanni Lorenzo Bernini
Portret
Portret
Doğum tarixi
Doğum yeri Neapol
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Roma
Vətəndaşlığı İtaliya İtaliya
Fəaliyyəti heykəltaraş, incəsənət xadimi, rəssam, memar, memarlıq çertyojçusu[d], dizayner
Janrlar heykəltaraşlıq, memarlıq
Stil Barokko
Tanınmış işləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Covanni Lorenso Bernini 1598-ci il dekabr ayının 7-də Neapol şəhərində anadan olmuşdur[1]. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri olmuşdur. Onun "David" (1623), "Apollon və Dəfnə" (1622-1625), "Müqəddəs Terezanın vəcdə gəlməsi" (1644-1652) və s. heykəltaraşlıq kompozisiyalarında dinamizm və işıq-kölgə traktovkası güclüdür.

Romadakı əsərlərin təxminən 70 faizi Berniniyə aiddir. Ən məşhur əsəri Romadakı Navona meydanında yerləşən "Dörd çay fəvvarəsi"dir (it.Fontana dei Quattro Fiumi). Vatikandakı bir çox binanın müəllifi olmuşdur. Romadakı, o cümlədən Vatikandakı əsərlərin əksəriyyətinin müəllifi olmasına səbəb böyük qabiliyyəti sayəsində kilsənin himayəsində olması idi. Öz dövrünün xalq rəssamı mövqeyindəki Bernini, əsərlərinin böyük hissəsini kiçik maketlər halında hazırlayaraq öz şagirdlərinə düzəltdirmişdir.

Romadakı əsərlərin təxminən 70 faizi Berniniyə aiddir. Ən məşhur əsəri Romadakı Navona meydanında yerləşən Dörd çay fəvvarəsidir (it. Fontana dei Quattro Fiumi). Vatikandakı bir çox binaların müəllifi odur. Romadakı, o cümlədən Vatikandakı əsərlərin əksəriyyətinin müəllifi olmasına səbəb, böyük qabiliyyəti sayəsində kilsənin himayəsində olması idi. Öz dövrünün xalq rəssamı mövqeyindəki Bernini, əsərlərinin böyük hissəsini kiçik maketlər halında hazırlayaraq öz şagirdlərinə düzəltdirmişdir.

Bernini Covanni Lorenso 1680-ci il noyabr ayının 28-də Romada vəfat etmişdir.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

Den Braunun "Mələklər və iblislər" əsərində gizli İlluminati təşkilatının üzvü kimi təqdim edilir.