Filyera

Filyera (Filiere) — Ticarət münasibətləri zamanı satıcı tərəfindən alıcı tərəfə göndərilən, əmtəənin müəyyən edilmiş müqaviləyə uyğun olaraq qəbul edilməsini təklif edən veksel, ticarət sənədi. Adi vekseldən fərqli olaraq filyera borc öhdəliyini təsdiq edən sənəd kimi deyil, müqaviləni təsdiq edən sənəd kimi təqdim edilir. Əmtəənin alınması üçüncü şəxsə ötürüldükdə filyera da üçüncü şəxsə təqdim olunur. Faiz hesablanmır. [1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.87