Final Fight (yap. ファイナルファイト, azərb. Final döyüşü) - Capcom oyun şirkəti tərəfindən 1989-cu ildə yaradılan, döyüş oyunudur. Oyun "Beat 'em up" (ing. Hamıdan döy) janrındadır. İlk dəfə "Final Fight" oyunu "Street Fighter" oyununun davamı kimi buraxılacaq və adı "Street Fighter '89" olmalı idi. Lakin oyunun janrı və mövzusu fərqli olduğundan, oyuna "Final Fight" adı verildi.
Final Fight | |
---|---|
Hazırlayan | Capcom |
Yayımlayan | Capcom |
Anons tarixi | Final Fight 1989 |
Buraxılış tarixləri | 25 noyabr 1989 |
Janrlar | Fighting |
Texniki məlumat | |
Platformalar |
Game Boy Advance PlayStation 2 Xbox Commodore 64 |
Oyun rejimi | birnəfərli oyun, çoxnəfərli oyun, kooperativ oyun[d] |
Daşıyıcı | rəqəmsal yükləmə[d] |
İdarəetmə | sensor ekran |
Baş qəhrəman Haqqar "Metro Citi"nin bələdiyyə başçısı olan köhnə bir güləşçidir. Haqqarı öz mənfəətləri istiqamətində istifadə etmək istəyən qanqster Belqer və adamları, qızı Cessikanı qaçırırlar. Haqqar qanqsterlərin istəklərini qəbul etmir və Cessikanın dostu Kodi və Cessikanın qardaşı Geyin köməyiylə qurtarma əməliyyatına girişirlər. Hər raund bitdikdən sonra yeni personajlar meydana çıxır: Damnd, Sodom, Edi.E, Rolento, Ebigeyl, Belqer. Belqer sonuncu raunddakı yeni personajdır. Sonuncu raundda Belqer təkərli kürsüdə əyləşmişdir. Oyunçu onu döydükcə, yerə düşməyə başlayır. Lakin bu zaman əlindəki Arbalet ilə ox atmağa başlayır. Sonda Belqer özünü pəncərədən yerə atır və ölür. Cessika Kodini çağırır. Kodi Cessikaya gözəl sözlər söylədikdən sonra Cessika onu öpür.
Raund | Ad | Boss | Qeydlər |
---|---|---|---|
1 | Slums | Damnd | |
2 | Subway | Sodom | bu raunddan sonra "Break Car" adlı bonus raundu |
3 | West Side | Edi. E | |
4 | Industrial Area | Rolento | bu raunddan sonra "Break Glass" adlı bonus raundu |
5 | Bay Area | Abigail | |
6 | Up Town | Belger |