Firəngiz Babayeva (15 aprel 1957, Xudat)—Azərbaycanlı teatr və kino aktrisası, Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası. Azərbaycan Respublikasının Əməkdar artisti (2002).
Firəngiz Babayeva | |
---|---|
Firəngiz Manaxim qızı Babayeva | |
Doğum adı | Firəngiz Manaxim qızı Babayeva |
Doğum tarixi | |
Doğum yeri | Xudat, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | aktrisa, kino aktrisası |
Fəaliyyət illəri | 1986-cı ildən bu günə kimi |
Mükafatları | |
IMDb | ID2933083 |
Firəngiz Manaxim qızı Babayeva 15 aprel 1957-ci ildə Xudatda anadan olub. 1982-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) daxil olub. Təhsil aldığı illə ərzində o, Tədris Teatrının səhnəsində Polina ("Tribunal"A. Makayonok), Elektra ("Elektra", Sofokl), Krucinina ("Günahsız müqəssirlər", A. Ostrovski), Knyaginiya ("İki qardaş", M. Y. Lermontov) kimi obrazlar yaratmışdır. 1986-cı ildə İncəsənət İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor heyətinə qəbul olub. Bu teatrın səhnəsində aşağdakı rolları ifa edib:
1987-ci ildə ilin aktrisası mükafatına layiq görülüb. Mingəçevir Teatrında çalışdığı dövrdə Bütün şəhər tədbirlərinin həm Rus həm də Azərbaycanca aparıcı olub. 1990-cı ildə Sumqayıt Dövlət Musiqili Dram Teatrına (indi ki H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı) dəvət alır 1990–1999-cu illərə kimi teatrda çalışır. Sumqayıt Dövlət Dram Teatrının səhnəsində aşağdakı rolları ifa edib:
1999-cu ildən Bələdiyyə Teatrının aktrisasıdır. Aktrisa işlədiyi illər ərzində o – Oğlundan şikayətçi qadın ("Oğul"A. Babayev), Salatın("Vətənə oğullar gərəkdir", R. İçərişəhərli), Firəngiz ("Daşa dönmüş ürəklər", X. Əlimirzəyev), Xırda ("Bəylik dərsi", M. Süleymanlı), Arxitektorun arvadı ("Domokl qılıncı ", N. Hikmət), Xanpəri ("Müsyö Jordan və Dərviş Məstəli şah", M. F. Axundov), Fəridə Fəridova ("Qaravəlli", Anar), Sofi("Məkr məhəbbət", F. Şiller), Zeynəb ("Ölülərlər", C. Məmmədquluzadə),3-cü aparıcı("Unutqanlıq qorxunc bəladır", Cəlil Məmmədquluzadə) kimi obrazlar yaratmışdır. Eyni zamanda aktrisa şəhər tədbirlərinin aparıcılarından olub. Dəfələrlə cəbhə bölgələrində çıxışlar etmişdir.
2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzası ilə səhnə sənətindəki nailiyyətlərinə görə "Əməkdar artist" fəxri adına layiq görülüb. 2017-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən "Sənətkar" medalına layiq görülüb.