Müasir Azərbaycan kəndlərində kişi əhalisinin qazanc naminə uzun müddətə ölkədən kənara getməsi nəticəsində kəndlərdə yaranan ictimai-mənəvi ab-hava və problemlər filmin əsas süjet xəttini təşkil edir.
Odla qol-boyun | |
---|---|
Fayl:Odla qol-boyun (film, 2002).jpg | |
Janr | dram |
Rejissor | Mirbala Səlimli |
Ssenari müəllifləri |
Mirbala Səlimli Vaqif Aslan |
Baş rollarda |
Sevinc Hüseynli — gəlin Tural Ağayev — Kamran Sidiqqə Heydərova (Siddiqə Heydərova kimi) — nənə Abbas Qəhrəmanov — təzəbəy Firəngiz Babayeva — ana |
Operator | Kənan Məmmədov |
Rəssam | Adil Azay |
İstehsalçı | "Debüt" Studiyası |
İlk baxış tarixi | 2002 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 28 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2002 |
Texniki məlumatlar |
3 hissə 800 metr 35 mm |
Rəng | rəngli |
Gənc qız (Sevinc Hüseynli) anasının (Firəngiz Babayeva) xəstə olduğunu görüb istəklisindən ayrılaraq neçə illər öncə qazanc dalınca Rusiyaya yollanan və tez bir zamanda var-dövlət əldə edən özündən yaşca böyük kişi (Abbas Qəhrəmanov) ilə ailə qurmağa məcbur olur. Çox keçmir, istəməyərək qurulan ailənin aqibəti ayrılıq və faciə ilə nəticələnir. Toydan sonra əri gəlini evdə qoyub, həmişəlik Rusiyaya qayıdır. Rüsvay olmuş gəlin, düşdüyü pis vəziyyətdən yeganə çıxış yolunu tapır.
Film rejissor Mirbala Səlimlinin quruluşçu rejissor kimi kinoda ilk işidir. Həmçinin film rejissorun diplom işidir.