Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fira Cəlilova (Firuzə Ümid qızı İskəndərova; 26 iyun 1983, Bakı şəhəri, Azərbaycan SSR) — Azərbaycan jurnalisti
Fira Cəlilova | |
---|---|
Firuzə Ümid qızı İskəndərova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Uşaqları | Nicat (2011), Rüstəmbəy (2013)[1] |
Atası | Ümid |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Jurnalist |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəaliyyəti | jurnalist, aparıcı |
Fəaliyyət illəri | 2000-ci ildən |
firajalilova.com |
Firuzə Ümid qızı İskəndərova 1983-cü ildə Bakı şəhəridə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 2004–2006 Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi, magistr dərəcəsi, 2006–2007 Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunun Məktəbəqədər Təhsil fakültəsində. Təhsil fakültəsi. İxtisas pedaqoq–psixoloq təhsilini başa vurub. Sonradan 2008–2013 Təhsil Problemləri İnstitutunun Məktəbəqədər bölməsinin pedaqogika üzrə fəlsəfə doktoru proqramı üzrə Doktoranturada təhsil alaraq "Məktəbəqədər təhsil müəssisələrində interaktiv təhsil metodlarından istifadə" mövzusunda dissertasiya işi müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alınmışdır. 2000 – 2004 Space Müstəqil Teleradio şirkətinin müxbir və teleaparıcısı kimi fəaliyyətə başlayıb. 2004 – 2005 Sabunçu rayonu 105 saylı körpələr və uşaq bağçasının metodisti. 2005 – 2012 Sabunçu rayonu 105 saylı körpələr və uşaq bağçasının müdiri. 2012 – 2014 Bakı şəhər İcra Hakimiyyəti tabeliyində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin sektor müdiri.2014 – 2016 Azad Azərbaycan Müstəqil Teleradio şirkətinin layihə rəhbəri və teleaparıcısı 2016 – 2018 Xəzər Media Mərkəzinin layihə rəhbəri və teleaparıcısı. 2019-indiyə kimi Azərbaycan Sənaye Korporasiyasının törəmə müəssisəsi olan "ASK Xidmət" MMC-nin İctimaiyyətlə əlaqələr üzrə rəhbəri.[2]
Tarix | Tədbirin adı | Gün |
---|---|---|
2018 Noyabr | "AqRa" Elmin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatşılığı ilə narkomaniyaya həsr olunmuş "Bəla" filminin təqdimatı, | 2 gün |
2017 İyun | Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 26 iyun — Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş "Narkotiksiz gələcək naminə" adlı tədbir | |
2015 İyun | İlk Avropa Oyunlarının "Çimərlik futbolu və voleybolu" yarışması, | 10 gün. |
2014 İyun | Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü" nə həsr olunmuş tədbir, | 3 gün |
2014 Aprel | Qara Dəniz Regional Əməkdaşlıq Təşkilatının "Təhsil və cəmiyyət" mövzusunda seminar | |
2013 İyun | Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü" nə həsr olunmuş tədbir, | 3 gün |
2012 İyun | Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü" nə həsr olunmuş tədbir, | 3 gün |
2010 İyun | Avropa Komissiyasının maliyyə dəstəyi ilə İnternyus- Azərbaycan İctimai Birliyinin təşkil etdiyi "Ekstremal jurnalistika və jurnalistlərin fəaliyyəti" mövzusunda seminar | |
2009 Fevral-Mart | Аzərbaycan Respublikasы Təhsil Nazirliyinin təqdimatı əsasında ABŞ-nin Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun Xarici Qonaqlar İdarəsinin ABŞ maliyyəsi və dəvəti ilə "ABŞ-də erkən məktəbəqədər təhsil" мövzusunda proqram | |
2006 Oktyabr | "Yuva" QHT-nın dəstəyi ilə "Cəmiyyətdə steriotip müxtəlifliyi" mövzusumda seminar. | |
2006 İyun | Аzərbaycanda Yoxsulluqla Mübarizə Milli Коalisiyasının dəstəyi ilə mətbuat konfransı. | |
2006 Avqust | İnternyus-Azərbaycan İctimai Birliyinin dəstəyi ilə "Gənc jurnalistlərə istiqamət" layihəsi çərçivəsində seminar | |
2005 Oktyabr Dekabr | Аlmaniya Теxniki Əməkdaşlıq Cəmiyyətinin "Azərbaycanda məhkəmə və hüquq islahatlarinin dəstəklənməsi" layihəsi "Hüququn KİV-də yayılması" proqramı çərcivəində "Ailə hüququ və vərəsəliklə bağlı məkkəmə işlərinin işıqlandırılması" mövzusunda treninq-seminar. | |
2005 Mart-Aprel | Azərbaycan Neft İstehsalı İnformasiya və Resursları Mərkəzinin dəstəyi ilə "Neft və Kasıbçılıq" mövzusunda kurs. |