Firdaus Xisamitdinova

Firdaus Qilmitdinovna Xisamitdinova (başq. Фирҙәүес Ғилметдин ҡыҙы Хисаметдинова; 1 yanvar 1950[1], Rəhmət, Başqırd MSSR2 oktyabr 2023[2], Ufa[2]) — Rusiya dilçisi, başqırd dili üzrə mütəxəssis, filologiya elmləri doktoru (1993), professor (1994), ictimai və dövlət xadimi. Başqırdıstan respublikasınn əməkdar elm xadimi (2003), Rusiya Federasiyasının əməkdar elm xadimi (2008), Başqırdıstan Elmlər Akademiyasının muxbir üzvü (2016). Direktor (2005–2015), 2016-cı ildən Rusiya Elmlər Akademiyası Ufa federal tədqiqatlar mərkəzində tarix, dil və ədəbiyyat institunun elmi rəhbəri.

Firdaus Xisamitdinova
başq. Фирҙәүес Ғилметдин ҡыҙы Хисаметдинова
Doğum tarixi 1 yanvar 1950(1950-01-01)[1]
Doğum yeri
Vəfat tarixi 2 oktyabr 2023(2023-10-02)[2] (73 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti alim
Fəaliyyət illəri 1968–2023
Üzvlüyü
Mükafatları "Dostluq" ordeni
Salavat Yulaev ordeni Rusiya Federasiyasının əməkdar elm xadimi Başqırdıstan Respublikasının əməkdar elm xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qısa tərcümeyi-halı

[redaktə | mənbəni redaktə et]

Xisamitdinova Firdaus Qilmitdinovna 1 yanvar 1950-ci ildə Başqırdıstan MSSR-nın Abzelilovsk (başqırdca Əbyəlil) rayonunun Rəhmət kəndində anadan olmuşdur. 1970-ci ildə Beloret Pedoqoji Texnikumunu bitirmişdir. 1974-cü ildə Başqırdıstan Dövlət Pedoqoji İnstitutunu (BDPİ) bitirmişdir. 1976-cı ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1978–1985-ci illərdə Ufa REA-nın Tarix, Dil və Ədəbiyyat İnstitunuda baş elmi məsləhətçi işləmişdir. 1980-ci ildə namizədlik,1993-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş və professor elmi adını almışdır. 1985-ci ildən başlayaraq Başqırdıstan Dövlət Pedaqoji İnstitutunda elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1985–1992-ci illərdə Başqırdıstan Dövlət Pedoqoji İnstitutunun Başqırd dili kafedrasının müdiri, daha sonra həmin fakültənin dekanı işləmişdir. 1994–1999-cu illərdə Başqırd Dövlət Qurultayının I çağırış deputatı olmuşdur. 1996–1998-ci illərdə Başqırdıstan Respublikasının Qadınlar Birliyinin sədri olmuşdur. 1995-ci ilin mart ayından 1998-ci ilə qədər Başqırdstanın Xalq təhsili naziri olmuşdur. Nazir olarkən F. Q. Xisamitdinova respublikada təhsilin vəziyyətini diqqətlə təhlil etmiş, Rusiya Federasiyasının digər subyektlərinin və xarici ölkələrin təcrübəsini öyrənmişdir. Bu da ona 1999–2003-cü illərdə Başqırdıstan Respublikasında təhsilin inkişafı Konsepsiyası və Proqramı layihəsini hazırlamağa imkan vermişdir. 1998-ci ildən yenidən UEM REA-nın Tarix, Dil və Ədəbiyyat İnstitutunda direktor müavini vəzifəsində işləməyə başlamış, 2005-ci ildən isə onun direktoru təyin edilmişdir. Alim bir sıra beynəlxalq elmi layihələrdə rəhbər və məsul icraçı kimi fəal iştirak etmişdir — əcnəbilər üçün başqırd dili dərsliyinin hazırlanması və Rusiyada İslam dininin öyrənilməsi üçün İNTAS layihələrində (Belçika), "İncil"in tərcüməsi İnstitutu (Stokholm) Beynəlxalq Tədqiqatlar Təşkilatının layihəsində və s. Budapeşt, Berlin, Almatı, Yaponiya, Fransa, Almaniya və Türkiyədə keçirilən onlarla yüksək səviyyəli beynəlxalq forumlarda iştirak etmişdir. Daimi Beynəlxalq Altay Konfransının (PIAC), Beynəlxalq Türkoloqlar Konqresinin və digərlərinin daimi iştirakçısı olmuşdur. Firdaus Xisamitdinova 2000–2003-cü illərdə — Başqırdıstan Qadınlar Cəmiyyətinin və Dünya Başqırdlar Qurultayının Qadınlar Komissiyasının sədri olmuşdur. Rusiyada qadın hərəkatının fəal iştirakçısı kimi Dünya Qadınlarının Beynəlxalq Forumunun (Havana, 1998), Türk Dünyası Qadınlarının I və II Qurultaylarının (Ankara, 2001, 2003), Azərbaycan Qadınlarının Beynəlxalq Konfransında (Bakı, 2002) iştirak etmişdir. 2 oktyabr 2023-cü ildə Ufada vəfat etmişdir. Elmi fəaliyyəti Firdaus Xisamitdinovanın elmi fəaliyyətinin əsas istiqamətini tarixi fonetika, onomastika, mifologiya, etnolinqvistika və rusdilli auditoriya üçün başqırd dilinin tədrisi metodları, Başqırdıstanın tarixi və mədəniyyəti problemləri təşkil edir. Onun 200-ə yaxın elmi və elmi-metodiki əsəri, monoqrafiyası, lüğəti, dərs vəsaiti, dərslikləri, antologiyaları, proqram və məqalələri çap olunmuşdur.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Başqırd dilinin tarixi: Tarixi fonetika üzrə materiallar: Monoqrafiya / BaşDPI. — Ufa, 1989. — 96 s.
  • Yeni başlayanlar üçün Başqırd dili: Tədris təlimatı. — Ufa: Başkniqoizdat, 1991. — 144 s. (Z. Y. Şaripova və V. İ. Xajin ilə birgə).
  • Başqırd oykonimiyası XVI–XIX əsrlər. — Ufa: Başqırd Kitab Nəşriyyatı, 1991.
  • Doğma Başqırdıstan: Dərslik. — Ufa: Sonico, 1992. — 304 s. (Z. Ya. Şaripova, L. İ. Naqaeva ilə birgə).
  • Başqırdıstanın coğrafi adları. — Ufa, 1994.
  • "Bir tuznek mondom!" (A Baskir nepi orvoslas magikus elemeinek mai rendszere): monoqrafiya. — Budapeşt, 1997. — 156 s. (Torma Jozeflə birgə).
  • Başqırdıstanın tarixi və mədəniyyəti: Oxucu. — Moskva: "MDS" nəşriyyatı, 1997. — 548 s. (Z. Ya. Şaripova və L. İ. Naqayeva ilə birgə).
  • "1993–1998-ci illər üçün Başqırdıstan Respublikasında təhsilin inkişafı Proqramı"nın icrası haqqında və 1999–2003-cü illər üçün təhsilin məqsədləri. (konsepsiya layihəsi). — Ufa, 1998. — 91 s.
  • Dilçiliyə giriş. Dərslik / BDU-nun Sibay İnstitutu. — Sibay, 1999. — 146 s. (R. G. Zakirova ilə birgə).
  • Başqırd dili? Buyurun! Dərslik. — Ufa: Kitap, 2000. — 248 s. (Z. G. Uraksin, M. Ersen-Ruşla birgə).
  • Başqırd mifologiyası. Lüğət-istinad kitabı. — Ufa: Gilem, 2002. — 125 s.
  • Mənim başqırd dilim. 7-dən 10-a qədər. Tədris təlimatı. — Ufa: Kitap, 2002. — 294 s. (həmmüəllif N. İ. Əsədullina).
  • Başqırd dili uşaqlar üçün. Dərslik. — Ufa: Başqırd Ensiklopediyası, 2002. — 153 s.
  • Başqırdlar. — M.: Qolos-Press, 2003. — 575 s. (Z. G. Uraksinlə birgə).
  • Başqırdıstan Respublikasının şəhərlərinin küçələrinin adlarının rusca-başqırd lüğəti. — Ufa: Biznes sülaləsi, 2008. — 311 s.
  • Başqırd dilinin mifoloji lüğəti. — M.: Nauka, 2010. — 456 s.
  • İslam və Başqırd mifologiyası // Volqa-Ural bölgəsində İslam sivilizasiyası. — İstanbul, 2010. — s.191–198.
  • Başqırd mifologiya lüğəti. — Ufa: TDƏİ UEM REA, 2011
  • Ural-Volqa bölgəsinin qıpçaq dilləri. – Astana: "Qılım" Baspası, 2018. – ISBN 978-601-7793-76-0. 165 s. (O. A. Mudrakla birgə)
  • Başqırdıstan Respublikasının Əməkdar elm xadimi (2003)
  • Rusiya Federasiyasının Əməkdar elm xadimi (2008)
  • Dostluq ordeni (2014)
  • Salavat Yulayev ordeni (2020)
  1. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  2. 1 2 3 4 Bashinform (rus.). / под ред. А. В. Валиев 1992.