Firuddin Məmmədov (Məmmədov Firuddin İbrahim oğlu; 1 iyul 1936, Şahtaxtı, Naxçıvan MSSR – 8 iyun 2017) — texnika elmləri doktoru (1993), professor (1995), AMEA-nın müxbir üzvü (2001).[1][2]
Firuddin Məmmədov | |
---|---|
Məmmədov Firuddin İbrahim oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Şahtaxtı, Şərur rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 8 iyun 2017 (81 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahələri | informatika, elektrik mühəndisliyi |
Elmi dərəcəsi | |
Elmi adları |
|
İş yeri | |
Alma-mater | Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Sənaye İnstitutu, avtomatik, telemexanik və elektroölçücü qurğular və cihazlar, mühəndis-elektrik |
Təhsili |
Firuddin Məmmədov 1 iyul 1936-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini, sonra "Neftkimyaavtomatika" Elmi-Tədqiqat Layihə İnstitutunun (Sumqayıt) aspiranturasını bitirmişdir. O, 1958-1968-ci illərdə "Neftkimyaavtomatika" ETLİ-də laborant, texnik, mühəndis, baş mühəndis, baş elmi işçi kimi çalışmışdır. 1968-1993-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında baş müəllim, dosent, dekan, kafedra müdiri vəzifələrini icra etmişdir. 1993-cü ildən isə Sumqayıt Dövlət Universitetinin kafedra müdiri olmuşdur.[1]
Firuddin Məmmədovun elmi tədqiqatlarını əsasən informatikanın texniki vasitələrinin yaradılmasına həsr etmişdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini müxtəlif texnoloji proseslərdə məlumat-ölçmə sistemləri, çoxölçülü vericilərin öyrənilməsi təşkil etmişdir. Alim elektromaqnit tipli vericilərin nəzəri əsaslarını işləmişdir. İnformasiya nəzəriyyəsinə, idarəetmə sistemlərinin hesablama və məlumat-ölçü texnikasının ilkin vericilərinin nəzəriyyəsi, işlənilməsi və tətbiqinə, neftçıxarma dərinlik nasosları üçün elektromaqnit vericilərlə işləyən tezlik teleölçü nəzəriyyəsinə dair tədqiqatlar aparmışdır.[1][2]
Firuddin Məmmədov 1967-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1993-cü ildə isə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. O, 1995-ci ildə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvi seçilmişdir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru, 15 fəlsəfə doktoru hazırlanmışdır. Eyni zamanda 34 ixtiranın, 10-dək dərs vəsaiti və monoqrafiyanın, 254 elmi əsərin müəllifidir.[1][2]
Firuddin Məmmədov 8 iyun 2017-ci ildə vəfat etmişdir.[1][2]
1. К исследованию индуктивных преобразователей угловых перемещений со сплошным магнитопроводом с распределенными параметрами. Мамедов Ф.И., Набиев М.А. Электричество, 1982
2. Исследование канала связи информационно-измерительной системы управления телединамометрирования. М. Приборы и системы управления. 1995. №2, Алиев Т.М., Мамедов Ф.И., Дадашева Р.Б.
3. Новый принцип создания датчиков механических величин. Ф.И.Мамедов, Р.Б.Дадашева. Азербайджанское нефтяное хозяйство. Баку, №10, 2001
4. Аналитическое определение параметров индуктивного датчика линейных и угловых перемещений. Электротехника, Москва, 2002, №11, стр.53-58