Bu məqalə Azərbaycanlı şəhid haqqındadır. Azərbaycanlı siyasətçi üçün Firudun Həsənov səhifəsinə baxın. |
Həsənov Firudin Əli oğlu (20 yanvar 1969, Yeni Daşkənd, Bərdə rayonu – 3 fevral 1994, Kəlbəcər rayonu) — azərbaycanlı şəhid.[1]
Həsənоv Firudin | |
---|---|
Həsənоv Firudin Əli оğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 yanvar 1969 |
Doğum yeri | |
Vəfat tarixi | 3 fevral 1994 (25 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Həsənоv Əli |
Anası | Həsənova Gülara |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1993-1994 |
Rütbə | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
20 yanvar 1969-cu ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur.[2]
1976–1986-cı illərdə Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur. Qazax Kənd Təsərrüfatı texnikumunun şərabçılıq fakültəsində təhsil almışdır.[3]
1987–1989-cu illərdə Özbəkistanda Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir.[4]
10 fevral 1993-cü ildə Bərdə rayon Hərbi Komisarlığı tərəfindən Milli Orduya çağrılmışdır.
Sıravi əsgər Firuddin Həsənov 701-ci hərbi hissənin avtomatçısı idi.
3 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Buzlaq yüksəkliyində gedən döyüşdə həlak olmuşdur.
Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur.[5]
EL TV "Əsgər" verilişinin 2015-ci il tarixli "Qarabağ şəhidləri" rubrikasında Firudin Həsənovun həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.