Firudin Həsənov (şəhid)

Bu məqalə Azərbaycanlı şəhid haqqındadır. Azərbaycanlı siyasətçi üçün Firudun Həsənov səhifəsinə baxın.

Həsənov Firudin Əli oğlu (20 yanvar 1969, Yeni Daşkənd, Bərdə rayonu3 fevral 1994, Kəlbəcər rayonu) — azərbaycanlı şəhid.[1]

Həsənоv Firudin
Həsənоv Firudin Əli оğlu
Şəxsi məlumatlar
Doğum tarixi 20 yanvar 1969(1969-01-20)
Doğum yeri
Vəfat tarixi 3 fevral 1994(1994-02-03) (25 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Atası Həsənоv Əli
Anası Həsənova Gülara
Təhsili
  • Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbi[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1993-1994
Rütbə Əsgər
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

20 yanvar 1969-cu ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur.[2]

1976–1986-cı illərdə Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur. Qazax Kənd Təsərrüfatı texnikumunun şərabçılıq fakültəsində təhsil almışdır.[3]

1987–1989-cu illərdə Özbəkistanda Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir.[4]

10 fevral 1993-cü ildə Bərdə rayon Hərbi Komisarlığı tərəfindən Milli Orduya çağrılmışdır.

Sıravi əsgər Firuddin Həsənov 701-ci hərbi hissənin avtomatçısı idi.

3 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Buzlaq yüksəkliyində gedən döyüşdə həlak olmuşdur.

Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur.[5]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

EL TV "Əsgər" verilişinin 2015-ci il tarixli "Qarabağ şəhidləri" rubrikasında Firudin Həsənovun həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Mir Cəfər, Bərdə şəhidləri, Bakı, Sabah, 2005. səh. 220–221
  2. "Azərbaycan Respublikası Xatirə Kitabı", V cild, H hərfi, Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2005. səh.325.
  3. Yaquboğlu, Araz. Daşkənddən Yeni Daşkəndə (PDF) (az.). Bakı: Elm və təhsil. 2023. səh. 264. ISBN 978-9952-568-22-6.
  4. Mir Cəfər. Bərdə şəhidləri Arxivləşdirilib 2023-06-27 at the Wayback Machine. Bakı, Sabah, 2005. səh. 221–221
  5. Səyyad Şairov. "Yaralı Göyçə" Bakı. Nurlan-2006. səh.48–49