Firudin Qurbanov (Tam adı: Firudin Eyyub oğlu Qurbanov; d. 24 oktyabr 1946, İrəvan, Ermənistan SSR, SSRİ) — 1990−1992-ci illərdə İsveç yığma komandasının baş məsləhətçisi olmuş, 3 qat SSRİ çempionudur.(1971,1972,1974)
Firudin Qurbanov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili | |
Çəkisi | 48 kq |
Vəzifəsi | Azərbaycanın əməkdar məşqçisi |
Firudin Qurbanov 24 oktyabr 1946-cı ildə İrəvan şəhərində anadan olub. Bakı şəhəri Xəzər rayonu 156 nömrəli tam orta məktəbi bitirmiş, 1969–1975-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnmişdir. Evlidir, dörd övladı var. 1971-ci ildə SSSR xalqlarının Spartakiyada çempionu, dəfələrlə dünya miqyaslı yarışların qalibi olub. 1990–1992-ci illərdə İsveç yığma komandasının baş məsləhətçisi, Azərbaycanın əməkdar məşqçisi, 3 qat SSRİ çempionu və SSRİ beynəlxalq idman ustasıdır.
2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərinə görə ona "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilmişdi.[1]