Firudin mirzə Seyfulla mirzə оğlu Qovanlı-Qacar-Şahzadə-kapitan, Seyfulla mirzə Qovanlı-Qacarın oğlu
Firudin mirzə Qovanlı-Qacar | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tiflis |
Vəfat tarixi | |
Atası | Seyfulla mirzə Qovanlı-Qacar |
Şahzadə Firudin Mirzə 1890-cı ildə Tiflisdə anadan olub. Birinci Dünya Müharibəsi illərində general Doxturovun komandanlıq etdiyi altmış altıncı Butırsk süvari alayında xidmət edib. 1916-cı ildə döyüşlərdə fərqləndiyinə görə üçüncü dərəcəli "Müqəddəs Anna" ordenilə (qılınc və bantla birgə) təltif olunub. 1919-cu il fevralın 23-dən Azərbaycan Milli ordusunda kapitan rütbəsilə xidmətə başlayıb. 1920-ci il aprelin 28- də Bakıda bolşevik-daşnak qoşunları ilə döyüşdə qəhrəmanlıqla həlak olub.[1][2]