Aramızda qalsın — bədii serialı[1] rejissorlar Rüfət Şahbazov və Ramin Nəbiyev tərəfindən 2011-2013-cü illərdə ekranlaşdırılmışdır. Xəzər Televiziyasında istehsal edilmişdir. Serial həm yumor, həm də dramatik janrdadır. Gündəmdə, cəmiyyətdə, ailə daxilində, baş verən hadisələr əsasən Mehman və onun ailəsinin dilindən tamaşaçıya təqdim edilir. Əsas rolları Kamilə Babayeva, Qurban Məsimov, Azər Axşam, Səidə Quliyeva, Əzizağa Əzizov, Cəmilə Məlikova və Nadir Səfərov ifa edirlər.
Aramızda qalsın | |
---|---|
Aramızda qalsın | |
Janr |
komediya uşaq |
Rejissorlar |
Rüfət Şahbazov Ramin Nəbiyev |
Prodüser | Elnarə |
Ssenari müəllifi | Valeh Əhmədov |
Baş rollarda |
Kamilə Babayeva Qurban Məsimov Azər Axşam Səidə Quliyeva Əzizağa Əzizov Cəmilə Məlikova Nadir Səfərov |
Operator | Rasim Vəliyev |
Bəstəkar | Vüqar Camalzadə |
İstehsalçı | Xəzər Televiziyası |
İlk baxış tarixi | 12 yanvar, 2011 |
Filmin növü | bədii serial |
Müddət | 50-60 dəq. (təxminən) |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2011-2013 |
Bölüm sayı | 200 |
Rəng | rəngli |
Hər bir ailədə, ailə üzvlərinin arasında anlaşılmazlıq olur. Serial bu anlaşılmazlıqların danışılaraq, mədəni formada həll edilməsi, narazılıqların aradan qaldırılması və bu narazılıqların ailə üzvlərinin arasında qalmasını bir ailə serialında tamaşaçıya təqdim edir.
Serial həm yumor, həm də dramatik janrdadır. Gündəmdə, cəmiyyətdə, ailə daxilində, baş verən hadisələr əsasən Mehman (Qurban Məsimov) və onun ailəsinin dilindən tamaşaçıya təqdim edilir. Baş obraz olan Mehman nisbətən keçmiş adət-ənənələri mühafizə edən, rejimsiz yeyib içən, futbolu çox sevən bir obrazdır. Onun həyat yoldaşı Yeganə (Kamilə Babayeva) isə əksinə müasirliyin tərəfindədir və dieta saxlamağı xoşlayır. Bu üzdən də bu obrazlar arasında tez-tez mübahisələr düşür. Bəzən bu mübahisələr onların boşanmağına qədər də gətirib çıxara bilir. Lakin onlar danışaraq bu məsələləri həll edirlər. Bu cütlüyün müsbət cəhətlərindən biri də onların arasında baş verən münaqişələrdən övladlarının və çox zaman da heç kimin xəbər tutmamasıdır. Serialda Yeganə və Mehmanın orta məktəbdə oxuyan 10 yaşlı Firuz( Nadir Səfərov) adlı oğlu və 13 yaşlı Aysel (Cəmilə Məlikova) adlı qızı da hər zaman diqqət mərkəzindədir. Firuz çox ərköyün böyümüş, yaşına görə böyük düşünən, özünü atasına oxşadan, dərslərini yaxşı oxumayan və daima bacısı ilə yola getməyən bir obrazdır. Onun bacısı Aysel isə çox kövrək, tez inciyən, yaxşı oxuyan anası kimi müasirliyin tərəfdarı olan bir obrazdır.
Filmdə daimi olaraq altı məkandan istifadə olunur. Hadisələrin çoxu Mehman və Yeganənin yaşadığı evin qonaq otağında baş verir. Evdə eyni zamanda yataq otağı və uşaqların otağı da vardır. Uşaqların otağında uşaqların, yataq otağında isə Yeganə və Mehmanın gecə söhbətləri yer alır. Evdə olan sonuncu məkan isə mətbəxdir. Mətbəxdə bəzən səhər yeməkləri, bəzən qadınların söhbətləri və əsas da Mehman və Yeganənin hər kəsdən gizli söhbətləri olur.[2]
Türkiyəli prodüser, Birol Güvən iddia edib ki, serial onun "Uşaqlar eşitməsin" (türk. Çocuklar Duymasın) serialının plagiatıdır. Xəzər TV kanalı isə bunu inkar edib.[3][4][5][6]
Ssenari müəllifi: Valeh Əhmədov
Rejissor: Rüfət Şahbazov (1-46-cı seriyalar), Ramin Nəbiyev (47-200-cü seriyalar)
Operator: Rasim Vəliyev
Kran operatoru: Bəxtiyar Abasov
Prodüser: Elnarə
Qurluşçu rəssam: Elnarə Qədirova, Xuraman Əkbərova
Bəstəkar: Vüqar Camalzadə
Kamilə Babayeva — Yeganə
Qurban Məsimov — Mehman
Ofelya Novruzqızı — Mətanət
Elman Telmanoğlu — Fərhad
Vəfa Rzayeva — Əfsanə
Azər Axşam — Aslan
Səidə Quliyeva — Dilbər
Əzizağa Əzizov — Əjdər
Səmra Hüseynova — Gəşəng
Cəmilə Məlikova — Aysel
Nadir Səfərov — Firuz
Səma Bayramova — Yaqut
Camal Nağıyev — Zaur
Tərlan Nur Yaşar — Cəsarət
Ülviyyə Əliyeva — Maral
Şahanə İsmayılova — Ceyla
Ramal Hüseynov — Kənan
Murad İsayev — Vüsal
Rüfət Nəzərov — Salman
Aysel İbrahimova—Sevinc
Naibə Allahverdiyeva — Məlahət
Əjdər Həmidov — Sabir
Könül Nağıyeva — Ayan
Tural Ağayev — Şahin
Hüsniyyə Mürvətova — Gülnarə
Natiq Fərzəliyev — Böyükkişi
Xuraman Əlizadə — Şəfiqə
Rəvanə Məmmədrzayeva — Güləndam
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Azərbaycan filmlərinin siyahısı
2011-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı