Firuz-2 düşərgəsi

Firuz-2 düşərgəsi — Qobustanda Kiçikdaş ərazisində arxeoloji abidə.

Qobustan dövlət tarixi-bədii qoruğu
Ölkə  Azərbaycan
Yerləşir QaradağAbşeron rayonları
Əsas tarixlər 1966 - Qoruq idarəsi yaradılıb
Üslubu ibtidai incəsənət
Sahəsi 3096 ha
Vəziyyəti stabil, muzey kimi fəaliyyət göstərir
Rəsmi adı: Gobustan Rock Art Cultural Landscape
TipiMədəni
Kriteriyaiii
Təyin edilib2007
İstinad nöm.1076
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.26
ƏhəmiyyətiDünya əhəmiyyətli
Qobustan (Azərbaycan)
Qobustan

Arxeoloji tədqiqi

[redaktə | mənbəni redaktə et]

"Firuz-2 düşərgəsi" Qobustanda Kiçikdaş ərazisində “Firuz-1” düşərgəsindən 385 m cənub-qərbdə, Kiçikdaş qayaüstü təsvirlər kolleksiyasının 19 №-li daşı ilə cənub-qərbdən ona söykənmiş 98 №-li daşdan 3 m şimal-şərqdəki 97 №-li daşların arasındakı bir növ qapalı, yaşayış üçün əlverişli sahədə, 19 №-li daşın qədim təsvirlərlə örtülmüş qərb tərəfində aşkar edilmişdir. Düşərgədə 1972 və 1973-cü illərdə 70 kv.m sahədə arxeoloji qazıntı işləri aparılmışdır. Qazıntı nəticəsində yer səviyyəsindən 80-105 sm dərinlik arasında 19 №-li daşın əsas qərb və şimal-qərb dibində 15-20 kv.m sahədə 5-25 sm qalınlığında Mezolit dövrünə aid mədəni təbəqə qeydə alınmışdır. Bu mədəni təbəqə özündən üstdə qeydə alınmış mədəni təbəqədən 5, 10 və bəzən 15 sm qalınlığında lal təbəqə ilə ayrılırdı. Mədəni təbəqənin rəngi şabalıdı, torpağı bərk və qum qarışıqlıdır. Alt təbəqədən 4 yerdə ocaq qalığı aşkar edilmişdir.

Maddi-mədəniyyət tapıntıları

[redaktə | mənbəni redaktə et]

Qobustanda bütün Daş dövrü düşərgələrində olduğu kimi, “Firuz-2” düşərgəsində də aşkar edilmiş materiallar çaxmaqdaşı və çaydaşından hazırlanmışdır. Çaxmaqdaşından 33 ədəd, prizmakonus formalı nukleus, 12 ədəd mikro iti uc, 19 ədəd trapes şəkilli alət, 13 ədəd biz və burğu, 7 ədəd kəsərcik, 7 ədəd iskənə tipli alət, çoxlu bir yanı kütləşdirilmiş və gəzli mikro lövhələr, qaya daşından rəsm döymək üçün alətlər, sürtgəclər, bıçaq və qaşov kimi itiləşdirərək iti ağzında kütləşmə və dişək alınmış ilk qəlpələr və s. tapılmışdır. 19 №-li daşın düşərgəyə baxan 4 m-lik dik səthinin aşağı hissəsində alt səviyyəsi 80 sm dərinliyə qədər enməklə, qismən mədəni təbəqəyə düşən 50-yə qədər qədim təsvir də aşkar edilmişdir. Bunlar döymə kişiqadın, qayıq, öküz və s. təsvirlərindən ibarətdir. Qədim təsvirlərdən üst mədəni təbəqənin örtdüyü bir cərgədə çəkilmiş üç ədəd qaban təsviri və xüsusən onların qılınc dişlərinin aydın verilməsi diqqəti cəlb edir. Düşərgədə alt təbəqəyə aid dövrün kiçik, oturaq insan sakinləri qonşu “Firuz-1” və “Ana zağa”nın orta təbəqəsinin daş məmulatının oxşarlığına əsasən Mezolitin sonu-Neolitin əvvəlinə aid edilir.

Qobustan qayalıqları
  • Azərbaycan arxeologiyası. İ cild. Bakı,2008.
  • Rüstəmov C.N. Qobustan dünyası. Bakı,1994.
  • Rüstəmov C.N. Oobustan petroqlifləri. Bakı,2003.
  • Rüstəmov C.N., Muradova F.M. Oobustan petroqlifləri. Bakı,2003.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]