Fitnə (film, 2016)

Fitnə — 2016-cı ildə Azərbaycanda istehsal olunmuş və dini radikalizmə qarşı mübarizədən bəhs edən sənədli film.[1]

Fitnə
Janr sənədli film
Ssenari müəllifi Nadir Bədəlov
Operator Samir Həsənov
İlk baxış tarixi 18 may 2016
Filmin növü tammetrajlı sənədli film
Müddət 43 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2016
Bölüm sayı 1 hissə
Rəng rəngli
Çəkiliş yeri Azərbaycan Azərbaycan

Film gəncləri radikal dini qrupların təsirindən qorumağın təbliğinə yönəlib[1].

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən film dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edir[1].

Maarifləndirici səciyyə daşıyan film milli-mənəvi dəyərlərin qorunması, ölkədə tolerantlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir[1]. Ekrandan tanınmış din xadimləri, alimlər gənclərin radikal dini hərəkatların təsiri altına düşməməsi, onların məlumatlılığının təmin edilməsi üçün təhsilin əhəmiyyəti haqqında danışırlar[1].

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi Nadir Bədəlov filmin təqdimatı zamanı
Ssenari müəllifi: Nadir Bədəlov[1]
Quruluşçu rejissor: Böyükağa Məmmədov
Quruluşçu operator: Samir Həsənov
Rejissor: Günel Sayılova
Operator: Rəşad Qurbanov
Səs rejissoru: Azər Əsgərov
Montaj rejissoru: Fariz Əliyev
Kompüter qrafikası: Elmar Behbudov
Redaktor: Zenfira Bədəlova
İcraçı prodüser: Ramil Baba
Prodüser: Mircabbar Babayev
Mətni oxuyan: Məmməd Səfa
Məsləhətçilər: Səyavuş Heydərov, Gündüz İsmayılov[1];
Ekspert: Elman Nəsirovdur[1];

İlk baxış və təqdimatı

[redaktə | mənbəni redaktə et]

2016-cı il mayın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında filmə baxış[2], 19 mayda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində filmin nümayişi[3] və 25 mayda isə Nizami Kino Mərkəzində filmin təqdimatı keçirilmişdir[1].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]