Məmməd Səfa

Məmmədsəfa Məmmədəli oğlu Qasımov (Məmməd Səfa) (25 iyul 1960, Dəvəçi rayonu) — Azərbaycanlı teatr və kino aktyoru,[1] Azərbaycan Respublikasının xalq artisti (2018), ADMİU-nun professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).

Məmməd Səfa
Məmmədsəfa Məmmədəli oğlu Qasımov
Doğum tarixi (63 yaş)
Doğum yeri Dəvəçi rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşaqları Elmar Qasımov, Röya Qasımova
Atası Məmmədəli Qasımov
Anası Zülqeydə Qasımova
Fəaliyyəti aktyor
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2018 "Sənətkar" medalı
IMDb ID2929720
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmməd Səfa 25 iyul 1960-cı ildə Dəvəçi şəhərində anadan olmuşdur. 1977–1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan[2], 1980–1984-cü illərdə M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləmişdir. Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirmişdir.

Hazırda Yuğ Teatrının aktyorudur. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Professsordur. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[3] 6 may 2015-ci ildə,[4] 6 may 2016-cı ildə,[5] 1 may 2017-ci ildə,[6] 10 may 2019-cu ildə,[7] 7 may 2020-ci ildə,[8] 7 may 2021-ci ildə[9] və 10 may 2022-ci ildə[10] Prezident Mükafatına layiq görülmüşdür. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[11]

10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.[12]

19 fevral 2023-cü ildə "Altın Güneş Ödülleri 2023" mükafatı təltif olunub.

6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[13]

Evlidir, iki övladı var.

Əsas rolları[redaktə | mənbəni redaktə et]

  • Otello — Otello
  • Yuxu
  • Can üstə
  • Sən həmişə mənimləsən — Həsənzadə
  • Hophop
  • Canımda can
  • Naməlum Axundzadə

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Aydın
  2. Cavid ömrü (film, 2007)
  3. Daşdan tikilmiş şəhər (film, 2008)
  4. Dəniz borcu qaytarır (film, 2006)
  5. Dolu (film, 2012)
  6. Dovşanın ölümü (2008)
  7. Əbədi ezamiyyət (film, 2016)
  8. Fatehlərin divanı (film, 1997)
  9. Fitnə (film, 2016)
  10. Günaydın, mələyim! (film, 2008)
  11. İrəvan və irəvanlılar (film, 2007)
  12. Köpək (film, 1994)
  13. Mayak (film, 2012)
  14. Məhbus (film, 1995)
  15. Məhkumlar (film, 2007)
  16. Mən kitabımı başlayıram (film, 2006)
  17. Ovsunçu (film, 2002)
  18. Pirə qayıdan yol (film, 1994)
  19. Sahə (film, 2010)
  20. Sübhün səfiri (film, 2012)
  21. Tərsinə çevrilən dünya (film, 2011)
  22. Ümid (film, 1995)
  23. Hökmdarın taleyi (film, 2008)
  24. "Bank Respublika" reklamı (1994)
  25. "Mart hadisələri… Və yaxud "Qara oyunlar" (2011)
  26. Köhnə çamadanlar (film, 2022)
  27. Üçüncü günün adamı (2017)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Səfa, M. "Vaqif İbrahimoğlu kimi ustadım olub": Məmməd Səfa: "Sənət fərdi yanaşmanı, fərdi işi daha çox xoşlayır": [Əməkdar artistlə müsahibə] /müsahibəni apardı Xədicə Qiyas //Türküstan.- 2015.- 7 – 21 noyabr.- S.16.
  2. Gəlin, danışaq. Məmməd Səfa
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  4. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  5. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  6. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  7. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  8. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  9. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  10. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  11. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  12. "Bakıda Milli Teatr Günü qeyd edilib". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.
  13. President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]