Fitnə — 2016-cı ildə Azərbaycanda istehsal olunmuş və dini radikalizmə qarşı mübarizədən bəhs edən sənədli film.[1]
Fitnə | |
---|---|
Janr | sənədli film |
Ssenari müəllifi | Nadir Bədəlov |
Operator | Samir Həsənov |
İlk baxış tarixi | 18 may 2016 |
Filmin növü | tammetrajlı sənədli film |
Müddət | 43 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2016 |
Bölüm sayı | 1 hissə |
Rəng | rəngli |
Çəkiliş yeri | Azərbaycan |
Film gəncləri radikal dini qrupların təsirindən qorumağın təbliğinə yönəlib[1].
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən film dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edir[1].
Maarifləndirici səciyyə daşıyan film milli-mənəvi dəyərlərin qorunması, ölkədə tolerantlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir[1]. Ekrandan tanınmış din xadimləri, alimlər gənclərin radikal dini hərəkatların təsiri altına düşməməsi, onların məlumatlılığının təmin edilməsi üçün təhsilin əhəmiyyəti haqqında danışırlar[1].
2016-cı il mayın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında filmə baxış[2], 19 mayda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində filmin nümayişi[3] və 25 mayda isə Nizami Kino Mərkəzində filmin təqdimatı keçirilmişdir[1].