Fitoremediasiya – yaşıl bitkilərdən istifadə etməklə axar suları, torpaqları, atmosfer havasını təmizləməyin kompleks metodlarıdır. Bu bioremediasiyanın daha ümumiləşmiş istiqamətlərindən biridir.
Axar suların- suvarılan sahələrin və filtrasiya sahələrinin təmizləməyin ilkin ən sadə metodları bitkilərdən istifadəyə əsaslanmışdı. İlkin elmi tədqiqatlar 50-ci illərdə İsraildə keçirilmişdir, lakin metodun aktiv inkişafı yalnız XX əsrin 80-ci illərində baş vermişdır.
Bitki ətraf mühitə müxtəlif vasitələrlə təsir edir. Bunlardan əsas olanları aşağıdakılardır:
Çirkabların deqratasiyasında mikroorqanizmlər əsas rol oynayır. Bitki bir növ biofiltrdir və onlar üçün yaşayış mühiti yaradır (süxuru oksigenlə və yumşaldıcı ilə təmin etmə). Bu proses sayəsində təmizlənmə qeyri vegetasiya dövründə də baş verir (yay fəslindən başqa), hərçənd onun intensivliyi müəyyən qədər aşağı düşür.
Fitoremediasiya üçün su bitkilərinin geniş spektri istifadə edilə bilər (hidrobotanik təmizlənmə), məsələn:
Hazırkı dövrdə hiperakkumulyatorların fəal tədqiqatları aparılır (məsələn, su qiasinti Eichhorniya crassipes artıq fitoremediasiyada tətbiq olunur), həmçinin bitkilərin qenetik modifikasiyasının imkanları da( üzvi maddələrin məs.metilcivə və partlayıcı maddələrin deqradasiyasına cavabdeh olan bitkilərin bakterial genlərlə transformasiyası) tədqiq olunur