Fitoterapiya

Fitoterapiya (yunanca phyton — "bitki" və therapeia — "terapiya") — dərman kimi bitkilərdən istifadə olunan müalicə üsulu.

Bu gün Fitoterapiya parafarmaseptikada xüsusi inkişaf yeri tutubdur. Bioloji aktiv əlavələrin işlənməsi üçün, insan sağlamlığının effektiv bərpa olunması üçün, nutrisevtika üçün, bitkilərin, otların tərkibinin öyrənilməsi və insan orqanizminə təsirlərini müəyyən etmək üçün bu istiqamətdə çoxlu sayda yeni elmi-tədqiqat biomühəndislik institutları yaranmışdır. Ümumdünya ekologiyasındakı fəlakəti və sağlamlığımıza təsirini göz önündə tutub desək, bu bizim həyat tərzimizdə çox mühüm həlledici rol oynayır. Praktiki olaraq hər insanda bir xroniki xəstəlik vardır və bu yaş keçdikcə daha ağır hal almağa başlayır. Ağrı kəsicilər, antibiotiklər, müxtəlif dərman vasitələri ilə hər dəfə zəhərlənmək də daha yeni xəstəliklərin yaranmasına yol açır.

Fitoterapiya insan orqanizminin yaxşılaşması və xəstəliklərin müalicəsində real effektiv üsuldur. Biz nə qədər təbiətə yaxın dursaq, bir o qədər az xəstələnəcəyik! Əgər sağlam yaşamaq istəyiriksə, biz təbiət və özümüzlə barışıq olmalıyıq. Müasir dünya ilə ayaqlaşmaq, öz tələbatlarımızı əldə etmək uğrundə əlimizdə olan ən dəyərli şeyi – sağlamlığımızı itirdiyimizi heç düşünmürük də… Sağlam həyat siması daha çox bu aspektlərdə özünü göstərir:

  • Düzgün və müxtəlif qidalanma
  • Dünya ilə tamamlayıcı harmoniya
  • Bitki və heyvan aləmi ilə yaxın münasibət
  • İnsanlarla aktiv və sağlam ünsiyyət
  • Aktiv ruhi fəaliyyət (yaradıcılıq)
  • Və əlbəttə ki, özünü təkmilləşdirmə, öz-özünü təhlil etmə və daimi mənəvi inkişaf.

Verilən aspektlər, əlbəttə ki, ideala yaxın tələblərdir, ancaq həmişə gərək məqsədə doğru səy göstərmək lazımdır. Əgər sizin məqsədləriniz yuxarıda sadalananları üzərində qurulsa, deməli, siz doğru yoldasınız, və əmin ola bilərsinzi ki, Sizin həyatınız dolğun, xoşbəxt, işıqlı və tam olacaq. Yox, əgər siz sizin sağlamlığınız üçün heç bir əhəmiyyət kəsb etməyən məqsədlərə can atsanız, onda siz tamamilə səhv yolda olacaq, daima depressiv və gərgin, əsəbi və xəstə , bədbəxt bir həyat yaşayacaqsınız. Fitoterpiya – güclü və ziyansız üsuldur. Ciddi savadlı başlanğıc tələb edir, ola bilsin ki, bu sağlam həyat üçün ilk addım olacaq. Bitkilər sizin sağlamlığınız üçün çox böyük gücə sahibdirlər. Bu güc bizim ayaqlarımızın altındadırlar, sadəcə, o gücdən istifadə etməyin qaydalarını bilmək lazımdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Fitoterapiya Arxivləşdirilib 2009-11-24 at the Wayback Machine